reklam
Mən oldum axı Mən oldum axı http://loading.az/uploads/posts/2017-07/1501329446_httpwwwxageruupload0908rain25jpg-foto-rain-umbrella-girl-blackwhite_large_500x400.jpg
Ulya

Ulya Şeirlər 29-07-2017, 22:35

Mən oldum axı

Mən oldum axı
Mən oldum axı


Əlini əlimdən çəkib alan yar
Sənsizlik salacaq saçlarıma qar
Gülən o üzünü gözləyənlər var
Dərdini çəkənin mən oldum axı


Köçən durnalar da dönəcək bir gün
Alışan bu ocaq sönəcək bir gün
Kədərli gözlərin güləcək bir gün
Göz yaşını silən mən oldum axı


O saxta sevginə naşı olmuşam
Gözünün durmayan yaşı olmuşam
Getdiyin yolların daşı olmuşam
Nazını çəkənin mən oldum axı


Vüqarın önündə boyun əymədim
Həqiqət lal oldu,yalan öymədim
Sənlə yaşanacaq günə dəymədim
Ömrünü verənin mən oldum axı..


R.E Xaliq

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
264 292 273 248 257 290

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.