reklam
Fosfor mikroelementi və onun orqanizmdə rolu... Fosfor mikroelementi və onun orqanizmdə rolu... https://loading.az/uploads/posts/2023-03/1679494532_fosforun-rolu.jpg
sonsuz_sevgi

sonsuz_sevgi Sağlamlıq 22-03-2023, 21:00

Fosfor mikroelementi və onun orqanizmdə rolu...

Fosfor mikroelementi və onun orqanizmdə rolu...
Fosfor mikroelementi orqanizm üçün çox lazımlı mikroelemntlərdən biriridir. Fosfor - orqanizmdə kalsiydən sonra ən çox yayılmış mineraldır.

Onun oksigenlə birləşməsindən fosfatlar yaranır. Fosfatlar isə bütün bitki və heyvan hüceyrələrinin tərkib hissəsini təşkil edirlər.

Bizim orqanizmdə orta hesabla 500-750 qr fosfor var. Onun təxminən 90% -i skelet sümüklərində və dişlərdə yığılır.


Fosfor orqanizm üçün çox önəmlidir. Bu mikroelement metaloiddir. O, şəraitdən asılı olaraq, gah oksidləşdirici, gah da bərpaedici xüsusiyyətə malikdir. Fosfor praktiki olaraq orqanizmdə baş verən bütün metobolik reaksiyaların həyata keçməsi üçün əvəzolunmazdır.

Fosfora olan gündəlik tələbat.

Yaşlı ortastatistik insan üçün bu mikroelentə olan gündəlik norma 0.8-1.2 qr təşkil edir. Fosfor öz birləşmələri halında orqanizmdə baş verən bütün proseslərin həyata keçməsi üçün çox lazımlıdır. İdman və ağır fiziki işlə məşğul olan insanlar fosforu gündəlik təyin olunmuş normadan 1.5-2 dəfə çox qəbul etməlidirlər. Hamilə və südverən xanımlar üçün isə bu norma 1.5 qr təşkil edir.

Əgər qida rasionunuz balanslaşdırılmış və normaldırsa, o tam olaraq orqanizmin bu mikroelementə olan tələbatını ödəyə bilir. Bu səbəbdən adətən əlavə fosfor qəbulu tələb olunmur.

Həmçinin nəzərinizə çatdırırıq ki, kalsiy və fosfor bir biri ilə sıx qarşılıqlı əlaqədə olduğundan, fosforun nəinki miqdarı, həmçinin onun kalsiy ilə düzgün nisbəti çox vacibdir.

Sonda isə sizə fosforla zəngin olan qida məhsullarını təqdim edirik: balqabaq tumları, yarma, paxlalılar fəsiləsinə aid məhsullar, qoz, alma, xiyar, armud, kələm və dəniz məhsulları.

Sadaladığımız qida məhsullarından bəlli olduğu kimi, normal qida rasionunuz olduqda, orqanizmin bu mkroelementə olan tələbatı ödənmiş olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
113 145 150 146 147 142

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.