reklam
Qarşılıqsız sevginin fəsadları Qarşılıqsız sevginin fəsadları https://loading.az/uploads/posts/2023-01/1672845029_d2438de15f5a35dc255c20c5f2c50783.jpg
n2006

n2006 Sevgi 4-01-2023, 21:00

Qarşılıqsız sevginin fəsadları

Qarşılıqsız sevginin fəsadları
Qarşılıqsız sevgi ilə birgə yaşanan kədər həmin insanlarda gələcəkdə ürək çatışmazlığı kimi ciddi problemlər yol aça bilər.

Mütəxəssislər qarşılıqsız sevgi yaşayan insanların bu sevgi ilə yanaşı çəkdiyi üzüntünün onlarda ciddi ürək problemləri, ən başlıcası ürək çatışmazlığına səbəb olacağını bildiriblər.

İngilislər tərəfindən bu xəstəlik «Broken heart» (qırıq qəlb) adlanır. İnsan stress, kədər və həyatında mühüm bir dəyişiklik yaşadığında ürəyində bəzi dəyişikliklər olur. Bununla yanaşı insanda gribal infeksiyaya bənzəyən əlamətlər, halsızlıq, yüngül qızdırma, yatağa bağlı olmaq kimi problemlər ortaya çıxır.

«Qırıq qəlb» xəstəliyinin daha çox həssas insanlarda rastlandığını bildirən həkimlər, bu xəstəliyin əsl səbəbinin tam məlum olmadığını deyiblər. Əsasən gənc insanlarda rastlanır və xoşagəlməz, üzücü nəticələrə səbəb olur. Bu cür xəstələr ilk olaraq döş qəfəsində ağrılar, halsızlıq, ayaqlarda şişmə kimi əlamətlərdən şikayət edərlər.

Bu xəstəliyi ilk kəşf edən elm adamı xəstəliyi bir neçə insanda görmüş və araşdırmışdı. Daha sonra dünyada bir çox insanın bu xəstəlikdən əziyyət çəkdiyi görülüb. Belə bir deyim var, «Sevgisinə qovuşa bilmədi, dərdindən vərəm oldu».

«Qırıq qəlb» xəstəliyinin tam olaraq bir müalicəsi yoxdur. Adi bir dərman müalicəsi ilə bu xəstənin şikayətlərini azaltmaq olar. Ancaq ən əsas müalicə, insanı üzən şeyi ortadan qaldırması, xəstənin öz bədəninə sağalması üçün ümid verməsidir. Ya sevgisinə qovuşmalıdır, ya da qarşılıqlı sevgi yaşamalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
200 209 219 197 188 212

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.