LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 İslam Dini 15-12-2022, 13:23

..Ədəb haqqında hədislər..

..Ədəb haqqında hədislər..
LoaDinG.Az xəbər saytı
43.Ədəb
115.İmam Əli (ə):«Ədəb insanın kamalıdır.» (Ğurərul-Hikəm, hədis 998)
116.İmam Əli (ə):«Ey mömin! Sənin canının qiymət və dəyəri bu elm və ədəbdir.» Odur ki, bu iki şeyi əldə etməyə çalış! Çünki elm və ədəbin hər nə qədər artsa qədir-qiymətin də bir o qədər artar.» (Mişkatul-ənvar, səh. 135)
117.İmam Əli (ə):«Ədəb xislətlərin ən gözəlidir.» (Ğurərul-Hikəm, hədis 967)
118.İmam Əli (ə):«Ataların övladları üçün qoyduqları ən yaxşı miras ədəbdir.» (Ğurərul-Hikəm, hədis 5036)
119.İmam Əli (ə):«İnsanlar qızıl-gümüşdənsə gözəl ədəbə daha çox möhtacdırlar.» (Ğurərul-Hikəm, hədis 3590)
120.İmam Əli (ə):«Gözəl ədəb ən üstün əsil-nəsəb və ən yüksək qohumluqdur.» (Ğurərul-Hikəm, hədis 4853)
121.İmam Əli (ə):«Ədəb öyrən! Çünki o, əsil-nəcabət şərəfinin zinətidir.» (Ğurərul-Hikəm, hədis 6096)
122.İmam Əli (ə):«Gözəl ədəb əsil-nəcabət şərəfini əvəz edir.» (Biharul-Ənvar, c.75, səh.68, hədis 8)
123.İmam Əli (ə):«Ədəbdən xeyirli şərəf yoxdur.» (Biharul-Ənvar, c.71, səh.428, hədis 78)
124.İmam Əli (ə):«Ədəbi olmayanın əsil-nəcabət şərəfi puç olar.» (Tuhəful-Uqul, səh.96)
125.İmam Əli (ə):«Sizin zinətiniz ədəbdir.» (Nəhcüs-Səadə, c.2, səh.50)
126.İmam Əli (ə):«Ədəb kimi zinət yoxdur.» (Ğurərul-Hikəm, hədis 10466)

44.Ədəb və ağıl.
127.Allahın Peyğəmbəri(s):«Gözəl ədəb ağlın zinətidir.» (Biharul-Ənvar, c.77, səh.31, hədis 41)
128.İmam Əli (ə):«Hər şey ağla möhtacdır, ağıl isə ədəbə.» (Ğurərul-Hikəm, hədis 6911)

129.İmam Əli (ə):«Ədəb insanda kökü ağıl olan ağac kimidir.» (Ğurərul-Hikəm, hədis 2004)
130.İmam Əli (ə):«Kimin ədəbi ağlını ötsə o, çoxlu qoyunlar arasında olan çoban kimidir.» (Ğurərul-Hikəm, hədis 8886)
131.İmam Hüseyn (ə):«Ağlı olmayanın ədəbi olmaz.» (Biharul-Ənvar, c.78, səh.111, hədis 6)

45.Nəfsin ədəbləndirilmə və tərbiyəsi.
132.İmam Əli (ə):«Nəfslərinizi tərbiyə etməyi öhdənizə götürün və onları adətlərin onlara hakim olmasından saxlayın.» (Ğurərul-Hikəm, hədis 4522)
133.İmam Əli (ə):«Özü-özünün müəllimi və tərbiyəçisi olan kəs camaata müəllim və tərbiyəçi olan şəxsdən daha təqdirəlayiqdir. (Biharul-Ənvar, c.2, səh.56, hədis 33)

46.Ədəbin nəticəsi
134.Tuhəful-uqul:«Allah-taala İsaya (ə) buyurdu:«Öz qəlbini (Məndən olan) qorxu ilə tərbiyə et.» (Tuhəful-Uqul, səh.500)
135.Tənbihul-xəvatir:«İsa ibn Məryəmə (ə) dedilər:«Sənə kim ədəb öyrətdi?» Buyurdu:«Heç kəs mənə ədəb öyrətmədi, nadanlığın çirkinliyini gördüm və ondan uzaqlaşdım.» (Tənbihul-Xəvatir, c.1, səh.96)
136.İmam Əli (ə):«Gözəl ədəb əxlaqın paklaşmasına səbəb olar.» (Ğurərul-Hikəm, hədis 5520)
137.İmam Əli (ə):«Kim ədəbə könül versə pislikləri azalar.» (Ğurərul-Hikəm, hədis 8271)
138.İmam Əli (ə):«Alimlərlə yoldaşlıq et ki, ədəbin gözəlləşsin və nəfsin paklaşsın.» (Ğurərul-Hikəm, hədis 4786)
139.İmam Əli (ə):«Ədəb zehnin itiliyinə səbəb olur.» (Ğurərul-Hikəm, hədis 4333)
140.İmam Əli (ə):«İnsanın elmi artanda ədəbi çoxalar və onda olan Allah qorxusu bir neçə dəfə artar.» (Ğurərul-Hikəm, hədis 4174)

47. Ədəbin təfsiri
141. İmam Əli (ə):«Özünü tərbiyə etməyin üçün başqalarında (görüb) bəyənmədiyin şeydən uzaqlaşmağın kifayətdir.» (Biharul-Ənvar, c.70, səh.73, hədis 27)
142.İmam Əli (ə):«Bəndənin ədəbi(ni göstərməsi) üçün nemət və ehtiyaclarında öz Allahından başqa heç kəsi şərik etməməsi kifayətdir.» (Biharul-Ənvar, c.94, səh.94, hədis 12)
143.İmam Sadiq (ə):«Atam məni üç şeylə tərbiyə etdi. . . . Mənə buyurdu: Oğul! Kim pis dostla yoldaşlıq etsə salamat qalmaz, kim danışığını cilovlamasa peşman olar və kim pis yerlərə daxil olsa töhmətə və bəd gümanlara hədəf olar.» (Tuhəful-Uqul, səh.376)

48.Ən yaxşı ədəb
144.İmam Əli (ə):«Ən yaxşı ədəb insanın öz həddində qalması və həddini aşmamasıdır.» (Ğurərul-Hikəm, hədis 3241)
145.İmam Əli (ə):«Ən yaxşı ədəb səni xoşagəlməz (və haram) işlərdən saxlayandır.» (Ğurərul-Hikəm, hədis 3298)
146.İmam Əli (ə):«İstək və qorxu anında özünü saxlamaq ən yaxşı ədəblərdəndir.» (Ğurərul-Hikəm, hədis 5932)

49.Övladı ədəbləndirməyə təşviq.
147.Allahın Peyğəmbəri (s):«Övladlarınıza ehtiram göstərin və onları yaxşı tərbiyə edin (ki, həmin gözəl tərbiyə nəticəsində) bağışlanasınız.» (Biharul-Ənvar, c.104, səh.95, hədis 44)
148.İmam Əli (ə) İmam Həsənə (ə):«Yeniyetmənin qəlbi, səpilən hər bir şeyi qəbul edən boş yer kimidir. Buna görə də mən sənin qəlbin bərkiməmiş və zehnin (başqa şeylərlə) məşğul olmamış səni tərbiyə etməyə başladım.» (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.16, səh.66)
149.İmam Sadiq (ə):«Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun…» (Təhrim, ayə 6) ayəsi nazil olanda camaat dedi:«Ey Allahın Peyğəmbəri! Özümüzü və ailəmizi necə qoruyaq?» Buyurdu: Özünüz xeyir iş görün, onu öz ailənizin də yadına salın və onları Allaha itaət əsasında tərbiyə edin.» (Müstədrəkul-Vəsail, c.12, səh.201, hədis 13882)
150.İmam Rza (ə):«Uşağa göstəriş verin ki, sədəqəni hətta bir tikə çörək və ya bir ovuc şey olsa belə, öz əli ilə versin. Çünki Allah yolunda verilmiş şey, əgər təmiz niyyətlə yerinə yetirilmiş olsa, hətta az olsa belə, çox-çoxdur.» (əl-Kafi, c.4, səh.4, hədis 10)

50.Tərbiyənin forması.
151.Allahın Peyğəmbəri (s):«Övladlarınıza yeddi yaşında namaz öyrədin, on yaşları tamam olandan sonra onları namazı tərk etmələrinə görə tənbeh edin və yataqlarını bir-birindən ayırın.» (Kənzul-Ummal, hədis 45330)
152.Allahın Peyğəmbəri(s):«Övlad yeddi il ağa, yeddi il qul və yeddi il vəzirdir. Əgər iyirmi bir yaşına kimi xislət və xasiyyətini bəyənsən (lap yaxşı), əks təqdirdə özbaşına burax. Çünki sən Allah-taalanın dərgahında üzrlüsən.» (Məkarimul-Əxlaq, c.1, səh.478, hədis 1649)
153.İmam Sadiq (ə):«Uşağı on beş yaşından on altı yaşına kimi oruc tutmağa öyrəşdirmək lazımdır.» (Biharul-Ənvar, c.103, səh.162, hədis 6)

51.Tərbiyədə riayət olunması lazım olan nöqtələr.
154.Biharul-Ənvar: Allahın Peyğəmbəri(s) əsəbi halda ədəb öyrətməyi qadağan edib.» (Biharul-Ənvar, c.79, səh.102, hədis 2)
155.İmam Əli (ə):«Yaxşı əməl sahibini mükafatlandırmaqla pis əməl sahibini pislikdən saxla.» (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.18, səh. 410)
156.İmam Əli (ə):«Yaxşıları islah etmək onlara ehtiram göstərməklə, pis əməl sahiblərini islah etmək isə cəzalandırmaqladır.» (Biharul-Ənvar, c.78, səh.82, hədis 81)
157.İmam Əli (ə):«Qardaşını ona yaxşılıq etməklə məzəmmət et və onun pisliyinə ona bəxşiş etməklə cavab ver.» (Biharul-Ənvar, c.71, səh.427, hədis 76)
158.İmam Əli (ə):«Pis əməl sahibini (və ya sənə pislik edəni) yaxşı əməlin ilə düzəlt və onu xoş və gözəl danışığınla xeyir və yaxşılığa istiqamətləndir.» (Ğurərul-Hikəm, hədis 2304)
159.Biharul-Ənvar:«Əbulhəsən Musanın (ə) yanında öz övladımdan şikəyətləndim. O Həzrət buyurdu: Onu vurma, ondan qısa bir müddət küs!» (Biharul-Ənvar, c.104, səh.99, hədis 74)

52.İlahi ədəb qaydalarına yiyələnmək
160.İmam Əli (ə):«Kim böyük Allahın ədəb qaydalarına yiyələnsə (həmin ədəb o şəxsi ) əbədi qurtuluşa çatdırar.» (Biharul-Ənvar, c.92, səh.214, hədis 13)
161.İmam Əli (ə):«Allahın ədəb və tərbiyə qaydaları əsasında düzəlməyən kəs öz ədəbi əsasında (da) düzəlməz.» (Ğurərul-Hikəm, hədis 9001)

53.Allahın ədəbləndirməsi.
162.İmam Əli (ə):«Bəla zalımın ədəblənmə amilidir.» (Biharul-Ənvar, c.81, səh.198, hədis 55)
163.İmam Səccad (ə):«Allahım! Məni öz cəzanla ədəbləndirmə və öz məkrinə düçar etmə.» (İqbalul-əmal, c.1, səh.157)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
495 495 481 480 447 470

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.