Bertrand Russell

Bertrand Russell Statuslar 21-07-2017, 09:12

Səbahəddin Ali - "Xəz Paltolu Madonna" kitabından sitatlar (2-ci hissə)

Səbahəddin Ali - "Xəz Paltolu Madonna" kitabından sitatlar (2-ci hissə)
Səbahəddin Ali - "Xəz Paltolu Madonna" kitabından sitatlar (2-ci hissə)

Səbahəddin Ali - "Xəz Paltolu Madonna" kitabından sitatlar (2-ci hissə)

Xəz Paltolu Madonna (Türkcə: Kürk Mantolu Madonna) Məşhur türk yazıçısı və şairi Səbahəddin Alinin 1943-cü ildə qələmə aldığı bu romanda Raif əfəndinin məhəbbət hekayəsindən danışılır. İş tapmaq istəyən bir gənc keçmiş məktəb yoldaşının köməyi ilə bankda işə düzəlir. Orada məzlum, talesiz bir qoca – həyatı məğlubiyyətlərlə dolu Raif əfəndi ilə tanış olur. Sonralar ömrünün son günlərini yaşayan qocaya həyan olmaq istəyən gənc bir gün onun gündəliyini vərəqləyir. Və bütün həqiqətlərə də elə bu gün-dəlik güzgü tutur. Gənc yaşlarında Raif əfəndi atasının sənətini davam etdirmək üçün Berlinə yollanır. Burada incəsənətə olan marağı onu rəsm qalereyasına getməyə həvəsləndirir. Qalereyadadakı tablolardan birinə heyranlıqla tamaşa edən Raif tez-tez bura gəlib “Xəz paltolu qadın”ın portreti qarşısında seyrə dalır.

Rəsmin müəllifi Mariya Puder adlı bir xanımdır və o, bir gün bu gənci kənardan izləməyə son qoyub ona yaxınlaşır. Söhbət etdiyi qadının portretin sahibi olduğunu öyrənəndə isə Raifin həyatı bir daha geri dönüşü olmayacaq şəkildə dəyişir.

Kitabdan seçilmiş sitatlar:

- İstehza etdiyim adamlar mənim fikir və mülahizələrimi başa düşməyə qadir olmayanlardır, başa düşənlər isə istehzaya layiq adamlar deyillər.

- Ünsiyyət və yaxınlıq zahiri şeylərdir. İnsanlar ancaq müəyyən dərəcəyə qədər bir-birinə yaxınlaşır və bu yaxınlığın gözəlliyini özləri uydururlar.

- Çünki naməlum bir hiss mənə pıçıldayırdı ki, kimin olursa olsun fərqi yoxdur, başqasının bütün yaxşı və pis cəhətlərini aydın görən və gizli saxlamaq istəməyən bir adama çox yaxınlaşmaq mümkün deyil.

- Ruhumuz üçün ən vacib, ən qiymətli cəhətləri bir-birimizdə axtarıb tapdıqdan sonra, xırda təfərrüatlara göz yummaq, daha doğrusu, böyük həqiqət naminə xırda həqiqətləri qurban vermək daha düzgün, daha ədalətli olmazdımı?

- Nəyə görə? Nəyə görə həmişə biz qaçmalı, siz isə bizi qovmalısınız? Nə üçün sizin yalvarışlarınızda bir əmr, hökm olmalı, bizim rədd cavabımızda belə acizlik duyulmalıdır?

- İşləmək heç də qəbahət deyil. Mənə ağır gələn, ürəyimə toxunan odur ki, ruhumuzu alçaltmadan işləmək istəməyimiz başqalarının xoşuna gəlmir.

- Müəyyən bir məsələ haqqında eyni şəkildə düşündüyümüz üçün fikirlərimiz də bir-birinə oxşayırdı. Şübhəsiz ki, bir tərəfin fikrini digər tərəfin təqdir edib, onu qəbul etməsi və mənimsəməsi də iki nəfər arasındakı ruhi yaxınlığın nişanəsi idi.

- Eşq heç də sizin dediyiniz adi bir hüsn-rəğbət hissi və yaxud bəzi hallarda dərinləşən sevi deyil. O tamamilə başqa, bizim təhlil edə bilmədiyimiz elə bir hissdir ki, necə yaranıb meydana gəldiyini bilmədiyimiz kimi, günlərin birində haraya çıxıb getdiyini də bilmirik. Dostluq isə daha dözümlü olur və izah edilib başa düşülür. Onun nə cür başladığını görə bilir, pozulduğu zaman bunun səbəblərini təhlil edə bilirik. Eşq isə izah edilə bilməyən bir təhlildir.

- Sevmək və xoşlamaq başqa, istəmək, bütün ruhunla, bütün vücudunla, varlığınla istəmək isə bambaşqadır. Məncə eşq bu cür bir istəkdir. Müqavimətsiz bir istək!

- İnsanlar bir-birlərinə münasibətlərində eyni nöqtədə qala bilməzlər. Lazım olduqda irəliyə atılmayan addım adamı geriyə aparar, məqsədə yaxınlaşdırmayan dəqiqələr, əksinə, adamı məqsəddən uzaqlaşdıra bilər.

- Sizin fikrinizcə "yeni ilin heç bir xüsusiyyəti yoxdur?" deyə soruşdum.
Yoxdur, dedi. Onun ilin başqa günlərindən nə fərqi var? Təbiət onu başqa günlərdən nə cür fərqləndirmişdir? Ömrümüzdən daha bir ilin keçdiyini göstərsə də bunun o qədər əhəmiyyəti yoxdur. Çünki ömrümüzü illərə bölməyin özü də insanların uydurmasından başqa bir şey deyil. İnsanın ömrü, doğulduğu gündən öldüyü ana qədər uzun bir ildən ibarətdir. Bunun üzərində aparılan hər cür bölgü sünidir.

- Hə, nə deyirsən? Bunlardan əlavə, axı, səninlə heç rəqs etməmişəm, düz demirəm?
Bəli, rəqs etməmişik.
Bundan zövq almasam da rəqs etdiyim adamdan bəzən xoşum gəldiyi üçün bu əzaba dözürəm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
113 96 114 99 100 99

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.