LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Xəbərlər 14-12-2022, 02:44

"İlin aeroportu"nun adı açıqlanıb

"İlin aeroportu"nun adı açıqlanıb
LoaDinG.Az xəbər saytı
Dubay Beynəlxalq Hava Limanı "İlin aeroportu" seçilib.

Bu barədə "Aviation Business Awards 2022" müsabiqəsinin nəticələrindən aydın olub.

Bildirilir ki, bu ad Dubay hava limanı tərəfindən nümayiş etdirilən "misilsiz biznes nailiyyətləri"nə görə verilib.

Məlumata görə, 2022-ci ilin birinci yarısında 28 milyon sərnişin aeroportun xidmətlərindən istifadə edib. Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Hava limanı müştərilərə xidmətlərin keyfiyyətini artırıb.

Dubay Hava Limanı artıq səkkizinci ildir ki, bu mükafatı alır.

"Aviation Business Awards" 2007-ci ildən etibarən "Aviation Business Middle East" jurnalı tərəfindən təşkil olunur. Mükafatlar 13 kateqoriya üzrə verilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
255 239 253 242 200 221

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.