LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Mətbəx 13-12-2022, 14:55

Gün Boyu Tox Tutan Smuzi (Smoothie)

Gün Boyu Tox Tutan Smuzi (Smoothie)
LoaDinG.Az xəbər saytı
Son illərdə çox məşhur olan smoothie (smuzi) təzə meyvələrin qatıq və ya südlə qarışdıraraq hazırlanır. Smuzilər, xüsusilə pəhriz siyahılarında, demək olar ki, bir çox meyvə ilə hazırlana bilər. Sizi gün boyu tox saxlayan qidalandırıcı smuzi resepti ilə də çəkinizi nəzarətdə saxlaya bilərsiniz. LoaDinG.Az tox tutan smuzi reseptini təqdim edir.

Gün Boyu Tox Tutan Smuzinin tərkibi:
1,5 banan (dondurulmuş)
1 stəkan buz/su
200 ml inək südü (və ya badam südü)
4 ədəd xurma (tumu çıxarılmış)
1 xörək qaşığı buğda cücərtisi
Gün Boyu Tox Tutan Smuzinin hazırlanma qaydası:
İlk öncə bananları dilimləyib soyuducunun dondurucu rəfində dondurun. Tumu çıxarılmış xurmanı ilıq suda 20 dəqiqə isladın. Kokteyl blenderinə inək və ya badam südü, isladılmış xurma, dondurulmuş banan, buğda cücərtisi, su və ya buz əlavə edib yaxşıca qarışdırın. Hazır smuzini stəkana töküb içə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
261 261 272 238 253 266

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.