LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Mətbəx 13-12-2022, 13:05

Soyuq Günlərin İsti və Faydalı Balıq Şorbası

Soyuq Günlərin İsti və Faydalı Balıq Şorbası
LoaDinG.Az xəbər saytı
Havaların soyuduğu bu günlərdə nahar və ya şam yeməyində süfrəyə verə biləcəyiniz dadlı və faydalı balıq şorbası hazırlaya bilərsiniz. Bəsləyici qış tərəvəzləri ilə bişən balıq şorbası balıq sevməyən körpələr və uşaqlar üçün əla alternativ ola bilər. LoaDinG.Az dadlı və faydalı balıq şorbasının reseptini təqdim edir.

Soyuq Günlərin İsti və Faydalı Balıq Şorbasının tərkibi:
1 ədəd ləvrək balığı
1/4 stəkan un
yarım limon
yarım çay qaşığı duz
1 ədəd soğan
1 ədəd yerkökü
1 ədəd kartof
2 diş sarımsaq
yarım çay qaşığı dənə istiot
1,5 litr su
1 ədəd dəfnə yarpağı
Soyuq Günlərin İsti və Faydalı Balıq Şorbasının hazırlanma qaydası:
Bir qazanda suyu qaynadın. Qazana təmizlənmiş və yuyulmuş balıq, dəfnə yarpağı, dənə istiot və soğanı əlavə edib 20 dəqiqə qaynadın. Qaynadılmış soğanı və balığı kəfgirlə qazandan götürün və balığın suyunu başqa bir qaba süzün. Qaynadılmış balığın sümüklərini və dərisini təmizləyin və ətini didin. Balıq bulyonunu qazana süzüb yenidən qaynadın. Kiçik doğranmış yerkökü və kartofu da qazana əlavə edib 20 dəqiqə qaynadın. Şorbadan bir stəkan su götürüb unla qarışdırın və yavaş-yavaş yenidən qazana əlavə edin. Daha sonra şorbaya duz, istiot və yarım limon suyunu əlavə edib 5 dəqiqə daha qaynadın. Hazır şorbanı isti halda süfrəyə verin.
Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
255 267 217 247 202 246

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.