LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Mətbəx 12-12-2022, 09:00

Nar Suyunda Bişmiş Heyva Deserti

Nar Suyunda Bişmiş Heyva Deserti
LoaDinG.Az xəbər saytı
Payız meyvəsi olan heyva həm meyvə, həm də desert olaraq çox istifadə edilən meyvələrdəndir. Həm sağlam, həm də formada qalmaq istəyirsinizsə və özünüzü desertlərdən saxlaya bilmirsinizsə, meyvəli yüngül desertlər sizin üçün mükəmməl seçim olacaq. LoaDinG.Az nar şirəsində bişmiş ləziz desertin reseptini təqdim edir.

Nar Suyunda Bişmiş Heyva Desertinin tərkibi:
3 ədəd heyva
2 ədəd nar
2 ədəd alma
1,5 stəkan şəkər tozu
yarım çay qaşığı darçın tozu
1 xörək qaşığı mixək
100 qram qaymaq
Üzəri üçün:
nar dənəsi
antep fıstığı
Nar Suyunda Bişmiş Heyva Desertinin hazırlanma qaydası:
İlk öncə almaların qabığını soyub sürtgəcdən keçirin. Bir tavaya sürtgəcdən keçirilmiş almanı töküb üzərinə şəkər tozu əlavə edib ocağa qoyun. Üzərinə darçın tozu əlavə edib ocaqdan götürün. Heyvanın qabığını soyub ortadan ikiyə bölün. İç hissəsini kəsib götürün. Heyvaları qazana qoyub üzərinə 2 ədəd narın suyunu əlavə edib yumşalana qədər bişirin. Bişirdikdən sonra heyvaları soba sinisinə qoyun, bişmiş alma püresi ilə doldurun. Kənarlarına mixəkləri batırın. Üzərinə bir az bişən suyundan səpib folqa ilə örtün və sobada bişirin. Qalan nar şirəsini qatılaşana qədər qaynadın və qatı mürəbbə konsistensiyasına gətirin. Nar şirəsində bişmiş almalı heyva desertini süfrəyə verdikdə üzərinə qaymaq əlavə edin. Nar sousu, nar dənəsi və antep fıstığı ilə bəzəyib nuş edin.

Əlavə qeyd:
Heyvalar bişirildikdə hər tərəfi bərabər bişirilməlidir, əks halda desertinizin bir az fərqli dadı olacaq.
Heyvanın tumları düzgün şəkildə çıxarılmalı, içi düzgün təmizlənməlidir.
Heyva desertində ümumiyyətlə mixək ətri hiss olunur, bunun üçün reseptinizə diqqət edərək hazırlamalısınız.
Heyva çox turş olarsa, şəkərin miqdarı buna uyğun tənzimlənməlidir.
Heyva və digər meyvəli desertlər soyuq şəkildə verilir.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
407 397 297 343 309 324

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.