“Bizim onların planlarından xəbərimiz yoxdur“.
Bu sözləri “Qarabağ“ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.
Ağdam klubunun sabiq forvardı İbrahima Vadji “Sent-Etyen”dən ayrıla bilər. Bu haqda “peuple-vert.fr” məlumat yayıb.
Seneqallı hücumçu mövsümün əvvəlində Azərbaycan çempionundan keçdiyi Liqa 2 klubunda ümidləri doğrultmur.
Baş məşqçi Loren Battlzın istəyi ilə “Sent-Etyen” rəhbərliyi “Ayaçço”ya icarəyə verilən Jan-Filipp Krassonu qaytarmaq qərarına gəlib.
Fil Dişi Sahilidən olan forvardın icarə müqaviləsi mövsümün sonuna qədər olsa da, “Sent-Etyen” onu yanvarda yenidən heyətinə cəlb etməyə çalışacaq.
“Qarabağ” 2021-ci ilin yayında Norveç “Höqesunn”undan 500 min avro qarşılığında transfer etdiyi İbrahima Vadjini bu ilin avqustunda 1,6 milyon avroya “Sent-Etyen”ə satıb.Fransızlarla 3 illik müqavilə imzalayan 27 yaşlı afrikalı Liqa 2-də keçirdiyi 10 oyunda 3 qol vurub, 2 məhsuldar ötürməylə yadda qalıb.
G.Abbaszadə Vadjinin mümkün qayıdışı ilə bağlı bunları söyləyib:
“Onunla əlaqə saxlamamışıq. Futbolçunun özü də geri qayıtmaq istəməsi barədə heç nə söyləməyib.
“Sent-Etyen“in Vadji ilə yolları ayırmağa hazırlaşması barədə xəbərləri biz yalnız mətbuatdan eşidirik. Hələlik vəziyyət bundan ibarətdir“.