LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
(_O.R.X.A.N_)

(_O.R.X.A.N_) Xəbərlər 26-11-2022, 11:00

Məkkədə leysan yağışları iki nəfərin həyatına son qoyub

Məkkədə leysan yağışları iki nəfərin həyatına son qoyub
LoaDinG.Az xəbər saytı
Səudiyyə Ərəbistanının Məkkə şəhəri və ətraf rayonlarda cümə axşamı səhər saatlarında başlayan güclü yağışlar nəticəsində iki nəfər ölüb.

Bu barədə krallığın eyniadlı əyalətinin hakimiyyət orqanları məlumat yayıb.

Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzinin məlumatına görə, ən çox yağıntı Ciddə vilayətinin dənizkənarı ərazilərinə düşüb. Güclü yağışlar tufan külək və dolu ilə müşayiət olunub.

Yerli hakimiyyət Məkkəni Ciddə ilə birləşdirən magistral yolu bağlayıb, bu şəhərlərin hava limanlarında uçuşların əksəriyyətini ləğv olunub. Mülki müdafiə xidmətləri əhalini hava şəraitinin normallaşacağına qədər zərurət olmadıqca evlərini tərk etməməyə çağırır./Loading.az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
176 235 146 204 195 118

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.