LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Maraqlı 21-11-2022, 13:54

Balta balığı

Balta balığı
LoaDinG.Az xəbər saytı
Böyük yaradılış möcüzəsi olan Balta balığı, okeanların 1000 m dərinliklərində yaşayır. Okean dərinliklərində yaşayan balıqların çoxunda olduğu kimi bu balıq da yaxşı görməsini təmin edən iri gözlərə malikdir və bu gözlər yuxarı baxan şəkildə yerləşdirilmişdir. Bunun səbəbi bu dərinlikdə yaşayan balıqların ümumiyyətlə, üstlərindən keçən balıqları ovlamalarıdır.Amma bu canlılar bir tərəfdən də yuxarıdan gələ biləcək təhlükələrə qarşı görünməz olmaq məcburiyyətindədirlər. Sahib olduqları bədənin üstün dizaynı canlıya təhlükələrdən qorunma xüsusiyyəti verir. Kəsər balığının bədəni yastıdır. Bədəninin rəngi isə gümüş rəngidir. Buna görə də qaranlıqda rahatlıqla kamuflyaj ola bilir. Yaxşı, bu canlı aşağıdan gələ biləcək təhlükələrə qarşı necə qorunur? Əlbəttə, ondan daha dərinlərdə yaşayan balıqlar da iri gözləri sayəsində onun üçün ovçudurlar. Ancaq Balta balığı qarınında olan və “fotofor” deyilən hüceyrələr sayəsində ovçulara qarşı müdhiş yanıltma xüsusiyyətinə malikdir. Bu hüceyrələr işıq istehsal edirlər. Bu, bioloji işıqdır. İki fərqli kimyəvi maddə birləşir və kimyəvi reaksiyaya girərək bu işığı meydana gətirirlər. Bu fövqəladə hüceyrələr yuxarıdan süzülən işığın dəyişən rəngini olduğu kimi təqlid edir və tamamilə eyni rəngdə işıq meydana gətirirlər. Bu mükəmməl mexanizm sayəsində Balta balığının kölgəsinin aşağıdakı ovçular tərəfindən fərq edilməsinə maneə törədilmiş olur. Bu xüsusiyyətin təsadüfən ortaya çıxmadığı, üstün bir güc tərəfindən var edildiyi aydındır. Bu bənzərsiz güc balığa və ya başqa hər hansı bir varlığa deyil, bütün bunları yaradıb nizama salan Allaha aiddir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
283 302 250 285 223 257

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.