LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Maraqlı 19-11-2022, 15:30

Beyin yaşınız neçədir? – TEST

Beyin yaşınız neçədir? – TEST
LoaDinG.Az xəbər saytı
Gün keçdikcə yaşlandığınızı hiss etdiyiniz anlar ola bilər. Ancaq bu adətən həqiqi yaşınızla deyil, beyin yaşınızla əlaqəlidir. Yəni zehni yaşlanma bəzən fiziki yaşlanmadan daha çox ola bilər. Siz də aşağıdakı testi cavablayaraq beyin yaşınızı hesablaya bilərsiniz:

1. Dostlarınızla tez-tez hansı yaşda olduğunuzdan bəhs edirsinizmi?

2. Dəyişiklik üçün çox yaşlı olduğunuzu düşünürsünüzmü?

3. Daha əvvəl etdiyiniz zehni məntiq testlərini etməyi artıq buraxmısınızmı?

4. Yaşınızdan dolayı özünüzü hansısa fəaliyyətlərin xaricində tutursunuzmu?

5. Tez-tez yaşınızı düşünüb narahatlıq hiss edirsinizmi?

6. Yaddaşınızdan şikayət edirsinizmi?

7. Yerə əyilərkən bədəninizdə ağrı olurmu?

8. Arada ikiqat gəzdiyinizi hiss etdiyiniz olubmu?

9. Çox bəyənməyinizə rəğmən gənc geyimi olduğunu düşünüb almadığınız geyimlər olurmu?

10. Həyatın bütün yenilik və həyəcanlarının geridə qaldığını və bundan sonra həyatın bir məcburiyyətlər topluluğu olduğunu düşünürsünüzmü?

Əgər “Hə” cavablarının sayı 0-3 aralığındadırsa:

Özünüzü gənc hiss etməyə meyillisiniz. Ancaq yaşınızla düz mütənasib olaraq gələcək təcrübələri və yetkinliyi lazım olduğu kimi yaşaya bilməsəniz bu dəfə də övladınızın evdən uzaqlaşması ya da işdən çıxarılması kimi hallar sizdə şok təsiri yarada bilər. Bunun nəticəsində düşüncə tərziniz tamamilə dəyişməyə məcbur qalar.

Əgər “Hə” cavablarının sayı 4-6 aralığındadırsa: Özünüzü yaşlı kimi görməyə meyillisiniz. Yaşınızın tipik xüsusiyyəti olan müəyyən düşüncə formaları və vərdişlər. Beyninizdə yaranmağa başlayıb. Onları müəyyən edin və onlardan qurtulun.

Əgər “Hə” cavablarının sayı 7-10 aralığındadırsa: Beyin yaşınız çox yüksəkdir. Yəni özünüzü olduğunuzdan daha yaşlı hiss edirsiniz. Bununla birlikdə bəlkə də qeyri-ixtiyari olaraq özünüzü ətrafa qarşı yaşlı, hətta yaşlıdan da betər hiss etdirməyə meyllisiniz. Hər hansı xəstəliyinizin olmadığını nəzərə almalı olsaq, bu davranış şəkliniz davamlı şəkildə yaşınızdan gileylənmək kimi mənfi vərdişlərinizlə əlaqəli ola bilər. Bunları müəyyən edib aradan qaldırmağa çalışın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
260 247 264 227 263 234

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.