reklam
Cənnətin qapıları Cənnətin qapıları https://loading.az/uploads/posts/2022-10/1666722844_7debba38f4da2f12e863f75b73cbb964.jpg
n2006

n2006 İslam Dini 25-10-2022, 22:35

Cənnətin qapıları

Cənnətin qapıları
Cənnətin səkkiz qapısı vardır. Peyğəmbər - sallallahu aleyhi və səlləm - de­mişdir: “Hər kim Allahdan başqa həqiqi məbudun olmadığına, Onun Tək olduğuna, Muhəm­mədin Onun qulu və elçisi olduğuna, İsanın Allahın qulu, kənizinin oğlu, Məryəmə göndərdiyi kəlməsi və ruhundan olduğuna, Cənnətin haqq, Cəhənnəmin də haqq olduğu­na şahidlik etsə, Allah Cənnətin səkkiz qapısından dilədiyi ilə onu Cənnətə daxil edər”. (Muslim, 140).
Uca Allah Qurani Kərimdə möminlərin bu qapılardan daxil olacaqlarını və mələklərin də onları salamlayaraq və təbrik edərək qarşılamalarını xəbər verir: “Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: "Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!" (əz-Zumər, 73).
Peyğəmbər bu qapılardan çağırılacaq kimsələr haqqında demişdir: “Kim Allahın yolunda malından iki şey xərcləmiş olsa, onu Cənnət qapılarının birindən çağırıb: “Ey Alla­hın qulu, bu bir xeyirdir”– deyəcəklər. Namaz qılanlar namaz qapısından, ci­had edənlər cihad qapısından, oruc tutanlar Rəyyan adlı qapıdan, sədəqə ve­rən­lər də sədəqə qapısından Cənnətə çağırılacaqlar”. Bu vaxt Əbu Bəkr de­di: “Atam-anam sənə fəda olsun, ey Allahın Elçisi! Bu qapılardan çağırılanların heç bir sıxıntı keçirməyəcəkləri bəllidir. Bəs bu qapıların hamısından çağırılan bir kimsə olacaqmı?” Peyğəmbər dedi: “Bəli və mən ümid edirəm ki, sən on­lar­­dan olacaqsan”. (əl-Buxari, 1897).
Peyğəmbər Cənnət qapısının iki tayı arasındakı məsafəni bildirərək belə demişdir: “Siz yetmiş ümməti tamamlayacaqsınız. Siz Uca Allaha onlar­dan daha xeyirli və hörmətli olanlarsınız. Cənnət qapılarının iki tayı arasındakı məsafə qırx illik yola bərabərdir. Gün gələcək ki, ora insanlarla dolu olacaq”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
264 301 305 251 300 249

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.