LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 İdman 8-10-2022, 09:41

Azərbaycan kikboksçuları dünya çempionatında 20 medal qazanıblar

Azərbaycan kikboksçuları dünya çempionatında 20 medal qazanıblar
LoaDinG.Az xəbər saytı
İtaliyanın Yezolo şəhərində keçirilən uşaq, yeniyetmə və gənclərin dünya çempionatında Azərbaycan kikboksçuları 20 medal qazanıb.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən LoaDinG.Az`a verilən məlumata görə, "Low kick" növdə Şükür Aslanlı (-42 kq), Mahmud Hüseynov (-57 kq), Nicat Ələkbərli (-63,5 kq), Səfərəli Vəhədov (-71 kq), Gülməmməd Səfərli (+81 kq), Elton Hüseynov (+91 kq) və "Full contact"da Murad Məmmədov (-60 kq) bürünc medal qazanıblar.

"Low kick"də Rinat Qiyasov (-45 kq), Renat Qiyaslı (-51 kq), "Full contact"da Əli Cəfərli (-54 kq) və "Kick light"də Kənan Cəfərli (-57 kq) finalda uduzaraq gümüş medalla kifayətləniblər.

Azərbaycan millisi indiyə olan duruma görə 6 qızıl medal qazanıb. Yeniyetmə və gənc dünya çempionlarımız K1-də Murad Gəncəliyev (-45 kq), Rafiq Babazadə (-48 kq), "Low kick"də Sübhan Məmmədov (-45 kq), Ramal Zeynallı (-48 kq), Elvin Məmmədov (-54 kq) və "Kick light"də Nizami Əliyevdir (-32 kq).

8 oktyabr yarışın son günüdür. Komandamız daha 3 final döyüşündə qüvvəsini sınayacaq. Bunlar qızıl medal ümidlərimiz olan Amin Quliyev, Vüqar Məmmədov və Akif Quluzadədir.

Qeyd edək ki, ötən il Monteneqroda keçirilmiş yeniyetmə və gənclərin Avropa çempionatında Azərbaycan millisi 17 medal (5 qızıl, 5 gümüş və 7 bürünc) qazanmışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
245 222 226 199 221 228

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.