reklam
Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş https://loading.az/uploads/posts/2022-09/medium/1663392909_0b38e2a2-307b-3ece-9bba-1513b1bdeda0_850.jpg
n2006

n2006 Xəbərlər 17-09-2022, 09:35

Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş
Ermənistan Silahlı Qüvvələrinin son təxribatları zamanı şəhid olan Cəmil Qurbanzadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tələbəsi olub.

LoaDinG.Az`a verilən məlumata görə, 2020-ci ildə boks üzrə məşq və fiziki hazırlıq fakültəsinin qiyabi şöbəsinə daxil olan Qurbanzadə 1 il sonra həqiqi hərbi xidmətə yollanıb.

O, Laçın istiqamətində düşmənin təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.

Cəmil Qurbanzadə 2003-cü il aprelin 27-də Astara şəhərində anadan olub.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
113 107 138 101 140 116

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.