reklam
"Başımın üstündən keçdi, qardaşımgilin həyətinə düşdü..." - Zəhranın qohumu "Başımın üstündən keçdi, qardaşımgilin həyətinə düşdü..." - Zəhranın qohumu http://loading.az/uploads/posts/2017-07/1499442857_kend_3_61499427297.jpeg
Mələy0001

Mələy0001 Xəbərlər 7-07-2017, 19:54

"Başımın üstündən keçdi, qardaşımgilin həyətinə düşdü..." - Zəhranın qohumu

"Başımın üstündən keçdi, qardaşımgilin həyətinə düşdü..." - Zəhranın qohumu
"Başımın üstündən keçdi, qardaşımgilin həyətinə düşdü..." - Zəhranın qohumu 



Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

 xəbər verir ki, ağır qəlpə yarası alan 52 yaşlı Quliyeva Sərvinaz İltifat qızının müalicəsi N saylı hərbi hospitalda davam etdirilir. 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının nəşləri isə Zobucuq qəsəbəsinə gətirilib. Alxanlı kəndində dinc sakinlərin və mülki obyektlərin atəşə tutulması səbəbindən yas mərasimi burada keçirilib.

Zəhranın əmisi: "Başımın üstündən keçdi. Əyildim ki, yanıma düşəcək. Gördüm ki, qabağa qardaşımgilin həyətinə düşdü".

Zəhranın qohumu: "Onların həyətinə düşdü. Getdik gördük ki, 3 nəfərdən 2-si rəhmətə gedib. Erməninin gücü ancaq yaş yarımlıq uşağa çatır".

Tibbi ekspertizadan sonra dəfn mərasimi keçirilib. Alxanlı kəndi tez-tez düşmən atəşi ilə üz-üzə qalsa da, bu kənd sakinlərini qorxutmur. 

Kənd sakini: "Nə vaxt lazımdırsa, ordumuza dəstək duracayıq. Ordumuza güvənirik. Lələtəpəni 2-3 saat içində geri almışıqsa, hər şeyə qadirik".

Hazırda təmas xəttində ATƏT sədrinin şəxsi nümayəndəsi monitorinq aparır.

mənbə: ARB TV


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
271 272 281 306 259 257

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.