reklam
Evlənməzdən əvvəl özünüzə bu sualları verin Evlənməzdən əvvəl özünüzə bu sualları verin https://loading.az/uploads/posts/2022-08/medium/1660513655_nikah_23784576.jpg
Owusu

Owusu Sevgi 15-08-2022, 10:00

Evlənməzdən əvvəl özünüzə bu sualları verin

Evlənməzdən əvvəl özünüzə bu sualları verin
Evlilik hər bir insanın həyatında baş verən ən mühüm hadisələrdən biridir. Evlilik insanı kamala çatdırar və imanının artmasına səbəb olar. Ancaq evlənməzdən əvvəl yaxşı olar ki, özünüzə bu bir neçə sualı verəsiniz.

O zaman başa düşəcəksiniz ki, həmin evliliyə hazırsınız, yoxsa yox.

1. Sevgi hissi sizə xasdır, yoxsa yaddır? Əgər xoşbəxt ailə qurmaq istəyirsinizsə, gərək həm siz və həm də qarşı tərəf sevgi hissinə gərək malik olsun. Bu sualı qəlbinizə də verin, ağlınıza da.

2. Evliliyə hazırsınızmı? Bu sual - evlənməzdən əvvəl cavablandırılması zəruri olan suallardandır. Xoşbəxt ailə qurmaq istəyən cütlər gərək həm ruhi və həm də zehni cəhətdən evliliyə hazır olsunlar.

3. Evlilikdən sonra ailəni dolandırmaq üçün səy edəcəksinizmi? Eşq və sevgi - davamlı ailənin təməlini qoyan amillərdəndir. Ancaq qarşılıqlı ehtirama malik olan bir ailə üçün çalışmaq da mühümdür. Ona görə də evlənməzdən əvvəl yaxşı olar ki, peşə və bacarıq səviyyənizi artırasınız.

4. Sizin üçün övlad nə kimi rola malikdir? Övlad dünyaya gətirib böyütmək, məsuliyyət istəyir. Ona görə də evlənməzdən qabaq uşaq sahibi olmağa özünüzü əvvəlcədən hazır edin və bu məsuliyyətlər ilə tanış olun.

5. Seçiminiz doğrudurmu? Bu sualı qəlbinizə də, əqlinizə də verin. Düşünün ki, əgər həmin şəxs sizdən uzaqda olsa və siz onu görməsiniz, necə hisslər keçirərsiniz? Yoxsa o şəxs olmadan həyat sizin üçün acı və zəhər kimidir?

Onu görən zaman necə hisslər keçirirsiniz? Sevinirsiniz, yoxsa sizə fərqi yoxdur? Evlənməzdən əvvəl cavablandırılması ən mühüm sual məhz budur. Ona görə də bu sual haqqında kifayət qədər düşünün, ondan sonra qəti qərar verin. Çünki bu qərarınız, sizin gələcək ailə həyatınızın taleyini həll edəcəkdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
251 245 214 199 206 210

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.