reklam
Balın möcüzəvi təsiri Balın möcüzəvi təsiri http://loading.az/uploads/posts/2017-06/1498759139_jpg-7.png
♔Kraliça♔

♔Kraliça♔ Məsləhətlər 29-06-2017, 22:00

Balın möcüzəvi təsiri

Balın möcüzəvi təsiri
Balın möcüzəvi təsiri 
1- Enerjinizi artırın: Gündəlik enerjiniz üçün qəhvəyə yüklənməkdən imtina edin. Bitki çayı, yaşıl çay ya da qara çayınıza şəkər yerinə bir çay qaşığı bal əlavə edərək ehtiyacınız olan enerjini daha sağlam bir şəkildə ala bilərsiniz.

2- Üz maskası : Dərinizə az miqdarda bal sürün və 20 dəqiqə gözlədib yuyun. Balın antiseptik xüsusiyyəti cildinizi sakitləşdirər. Üz maskası üçün də iki çay qaşığı südü iki şorba qaşığı balla qarışdırın və üzünüzə tətbiq edin. Üz maskasını 10 dəqiqə gözlədin və ilıq suyla yuyun. Bal maskası üzünüzü bəsləyər və yumşaldar. 

3- Quru dərini nəmləndirin: Bal xüsusilə əl, dodaq və dirsək kimi tez quruyan bölgələr üçün möhtəşəm bir nəmləndirici. Quru və çatlaq dərinizə balı masajla yedirin və yumaq üçün 30 dəqiqə gözləyin.

4- Zərər görmüş saçlar: Bal yumşaldıcı xüsusiyyətiylə quru və əməliyyatlardan zərər görmüş saçları qurtarmaq üçün birə-birdir. Saçınıza tətbiq edəcəyiniz şampuna bir çay qaşığı bal əlavə edin; bir az gözlədib durulanın. Saçlarınıza daha dərin bir nəmləndirmə əməliyyatı etmək üçün zeytunyağı və balı qarışdırıb saçlarınızı sürün, ilıq dəsmalla sarın və 20 dəqiqə gözləyin. Yuyunca nə qədər yumşaq bir saça qovuşduğunuzu görəcəksiniz. 

5- Kəsik, yanıq, yara və cızıqlar: Ağrıyan yerə bir az bal sürün. Təbii antiseptik xüsusiyyətinə sahib olan balın möcüzə bir dərman olduğunu görəcəksiniz.

6- Öskürək və boğaz ağrıları: Bir limonun suyu ilə balı qarışdırıb üçün. Boğaz ağrısı və yanmasını rahatlaşdırdığını görəcəksiniz. 

7- Tortlarınızda bal istifadə edin: Tort və ya kekslərinizin tərifində bir fincan şəkər yerinə ¾ fincan bal istifadə edin. Bal istifadə etdiyiniz zaman ¼ çay qaşığı qabartma tozu əlavə edin və tərifinizdə istifadə etdiyiniz süd və ya mayeni ¼ fincan azaldın. Bişirərkən sobanın istiliyini 5-10 dərəcə salın.

8- Bədəni istirahət etdirin: Uzun və yorucu bir gündən sonra istirahət etmək üçün 2 şorba qaşığı balı bir fincan isti suda 10 dəqiqə həll edin. Çözünen balı duş sununuza əlavə edin. İstəsəniz 2-3 damla lavanta yağını duş sununuza əlavə edin və günün stressini unudun. 

9- Dəyişik dadlarda bal edin: Hər gün bal yeməyi sevmirəm dadından sıxılıram deyirsinizsə yeni təriflərlə balınızı dadlandıra bilərsiniz. Məsələn 1 fincan balı 7 dilim təzə zəncəfil və 2 limon qabığı rəndəsiylə kiçik bir qazanda mən mari üsulunda yüngülcə istilədin. Zəncəfilin suyuyla bal bir az daha maye hala gələcək. Limon qabığını da əlavə edib istiliyi azaldın və 5 dəqiqə daha istilədin. Atəşdən götürdükdən sonra 10 dəqiqə soyudun və süzün.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
314 252 239 249 253 243

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.