Lazım olanlar:
4 ədəd yumurta ( otaq temperaturunda)
2 stəkan şəkər tozu
Yarım stəkan duru yağ
Yarım stəkan qatıq
1 stəkan soyuq dəmli çay
3 ç/q kakao
Vanil
Qabartma
Un ( göz qərarı)
Hazırlanması:
Əvvəlcə, yumurta və şəkər tozu 7-8 dəqiqə qarışdırılır. Daha sonra sıra ilə duru yağ, qatıq və çay əlavə olunur. Ayrı bir yerdə un , qabartma və vanil tozu ələnir. Bu qarışımın içinə ələnmiş un, vanil, qabartma əlavə edilir və qarışdırılır.
Hazırladığınız qarışımı yağlanmış keks qabına əlavə edin. 160 dərəcədə 40-45 dəqiqə bişirin. İlk 40 dəqiqə sobanın qapağını açmayın. Keks bişəndən sonra sobadan çıxarın və soyumasını gözləyin. Tam soyuduqdan sonra qabdan çıxarıb dilimləyin.