LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
amon

amon Şeirlər 17-06-2017, 01:43

Pəncərəmə qonan yağış

Pəncərəmə qonan yağış
LoaDinG.Az xəbər saytı
Pəncərəmə qonan yağışPəncərəmə qonan yağış, söylə, hardan gəlmisən?
Neçə susuz səhraların son ümidi, 
biz ki səni gözləmirdik, bura niyə gəlmisən?
Sənsiz də bu buz şəhərin küçələri bataqlıqdır; 
üzərində gəzənləri dibə çəkir...
Sən də etmə, narın yağış,
Dibə düşən insanların üzərindən 
barı sən də döyəcləmə.
Brut olma. 
Bu gördüyün insanların sənə başqa ümidi var;
Axı sənsən
romantikin narkotiki, 
sevənlərin bir sevinci!
Axı sənsən 
səhralarda
sonu bitməz bir həsrətlə, 
közərən bir ümid ilə gözləyən o canlıların yarasının tək məlhəmi. 
Yağ, yağışım! 
Amma qoyma damlaların kasaları daşıran son damla olsun.
Yağ, yağışım, yerinə yağ. 
Heç vaxt qoyma bataqlıqlar, çirkli sular yurdun olsun.
Yağdığın yer sevənlərin çətiri olsun, 
susuzluqdan cadarlanmış torpaqların sehri olsun.
Tutduğun yol daim sənin fəxrin olsun... 
Pəncərəmə qonan yağış,
hamı səndən bir yenilik, bir gözəllik gözləməkdə... 
Gözümüzü yolda qoyma
İnsanları darda qoyma...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
494 411 424 384 433 420

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.