LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 İslam Dini 17-03-2022, 10:00

Ey şeytan, sən nə qədər girsən də qanımıza, biz bilirik ki, Rəbbimiz var şah damarımızda…

Ey şeytan, sən nə qədər girsən də qanımıza, biz bilirik ki, Rəbbimiz var şah damarımızda…
LoaDinG.Az xəbər saytı
Ey şeytan, sən nə qədər girsən də qanımıza, biz bilirik ki, Rəbbimiz var şah damarımızda…

Çarəsizlik ALLAHdan gələn ən gözəl işarətdir
Dua vaxtının gəldiyini göstərir….
Süzülursə gözündən yaşlar ,
Hüzünlüysə gözəl üzün….
RƏBBİN səni üçün darıxmış, səsini eşitmək istər deməkdir.

Həyatda iki şeydən qorxuram,
Bir ALLAHdan, bir də ALLAHdan qorxmayandan….

Bir insan acı duya bilirsə canlıdır; Bir insan başqasının acısını hiss edə bilirsə, insandır..

Bəziləri mal – mülk arxasında,
Bəziləri şan – şöhrət arxasında
Bəzisi qız, bəzisi oğlan arxasında
Bilmirlər ki, ƏZRAİL (ə) HAMISININ ARXASINDA…!

Sınamaqdan, çalışmaqdan yorulub cəsarətin qırıldığında,
Bil Ki . Allah Nə Qədər çalışdığını Görür.

Bütün ürəyinlə dilədiyin şey sonunda gerçək oldusa,
Bil Ki . Allah Sənə Gülümsəyir.

Harada Olsan ol, Nə Düşünsən Düşün, Nə Etsən Et,
Bil Ki . Allah Bilir.

Xəyalların yıxılmış, ümidin qalmamış və öz özünə niyə belə deyə soruşursansa Bil Ki, Allah Cavabını Bilir.

ALLAHdan qeyrisinə and içmək olmaz. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ALLAHın ona salavat və salamı olsun) buyurmuşdur: “Uca ALLAH atanıza and içməyi qadağan edir. Kim and içirsə ya ALLAHa and içsin, ya da sussun”.

İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən Allaha zikr edən şəxs mütidir.”

Allahı yad etmək insan ruhunu təmizləyir.

Zikr etmək Allahla ünsiyyətdə olmağın rəmzi və açarıdır.

Allahdan uzaq düşməkdən qəmli bir ayrılıq yoxdur, belə isə həmişə qəlbinizi Allahı yad etməklə məşğul edin.

Ey nəfsim! Səni sən edən mənəm, məni də mən edən sənsən. Ya yola gəl bərabər gedək, ya da yoldan çəkil, mən Haqqa gedim!

Allahım! İnsanlar səni verdiyin nemətlər üzündən sevərlər; mənsə səni verdiyin bəlalar üzündən sevərəm.

Biz, ayaqları şişənə qədər namaz qılan peyğəmbərin gözləri şişənə qədər yatan ümmətləriyik.

Xalis əməl odur ki, onu etdiyinə görə Allahdan başqa bir kəsin səni tərifləməsini istəməyəsən.

Heç bir şey namaz qədər şeytanın burnunu yerə sürtmür. Belə isə namaz qılın və şeytanın burnunu yerə sürtün.

Allahın istəyini yerinə yetirən şəxsin hacətini də Allah yerinə yetirər.

Hər insan səhv edər. Səhv edənlərin ən xeyirlisi də, tövbə edəndir.

Bir insan Allahdan başqa kimsəyə ehtiyacı olmadığına inanırsa, Allah da onu başqasına möhtac etməz.

Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, ruh və sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
363 325 299 378 312 313

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.