
Və ola bilər ki,sonra bir gün..
O gələcək həyatına və sən çox sevinəcəksən!. O gələr və sənə sevdiyini söyləyər. Və sən çox xoşbəxt olarsan. O səni xoşbəxt edər bir gülüşü ilə. Sonra isə səninlə məşğul olar, sənə hədiyyələr verər, şirin mesajlar göndərər. Birlikdə sevinəcək günlər yaşarsız. Kədərli anında da məhz o yanında olar. Və sən çox xoşbəxt olarsan. Hər şeyi birlikdə yaşayacaqsınız. Yalnız onu düşünərsən və hər kəsə onu haqqda danışarsan. Hər gününüzü,onunla çox xoşbəxt olduğunu rəfiqələrinə sevincək izah edərsən. Bəli, bunları onun sonsuza qədər yanında olacağını düşünərək edərsən..Heç əllərini buraxmaq istəməzsən,onunçün çox darıxarsan. Və o sənə heç bir zaman getməyəcəyini deyər. Hər şey yaxşı gedər amma sonra başqa bir şey olar..
Nə isə aranıza girər. Qısqanclıq bəlkədə. Hər hansısa bir soyuqluq. Tez-tez dava edərsiniz. Və o səndən bezər. Artıq yeni birini istər. Başqa birini. O səndən sıxılar,bəhanələr uydurar. Səni artıq sevməz. sənsə çox sevindiyin günləri yada salarsan. Düşünərsən bəlkədə o soyuyub səndən,sən onu itirməkdən qorxarsan. Və bir gün artıq o "Ayrılmaq" istədiyini söylər. Bəli,canın yanar. Üzdə gülə-gülə içdə ağlarsan. Ürəyin param-parça olar. O səndən soyuyar. O səni həyatından silər,halbuki sən onun yazdığı bir mesajı belə silə bilmərsən. Artıq qürurun onu sevməyinə imkan verməz. Amma sevərsən hələdə. Bəli,sevərsən amma unutmuş kimi görünərsən. Adını eşitdikdə ürəyin tir-tir əsər. Başqalarıyla gördükdə onu qısqanarsan. Yanına gəldikdə ürəyin sürətlə döyünər. Amma ona yaxınlaşa bilmərsən. Qürurun buna imkan verməz. Amma gecələr sakit-sakit ağlamağa başlarsan. Şəklinə baxıb xəyallara dalarsan. O isə başqa birini düşünər,səni artıq həyatından silər. və sənsə həyatdan küsərsən.
Artıq heç bir inam qalmaz. Zaman keçər ona qarşı soyuyarsan. Amma yenədə sevgiyə sən etibar etməzsən.