LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
amon

amon Sevgi 4-06-2017, 14:30

Yalnız sənədir bu həsrətim!

Yalnız sənədir bu həsrətim!
LoaDinG.Az xəbər saytı
Yalnız sənədir bu həsrətim! 
Uzaqda olmağın məni susturmamalıdır və susdura da bilməz çünki səni ağlımdan çıxarda bilmirəm... Gözlərimi yumsamda, səni dilimdə anmasamda həm ağlımda həmdə ürəyimdəsən. Gecələr qədər sakit, musiqi kimi həzn, sevgim qədər safsan mənim üçün....
Bizə bir gün sual versələr ki, günahınız nədir deyərəm sevmək, bəlkə düz demirəm? bir-birimizi necə var elə sevdik. Sevib ayrılsaqda amma əslində biz heç ayrılmadıq.... çünki biz iki bədən də yaşayan bir qəlbik, bir qəlb iki hissəyə heç bölünə bilərmi ?

Sənə elə həsrətəm ruhən, qəlbən… yanağımdan süzülən yaşları yastığım qucaqlayır senin yerinə...
Necə də yalnızam nə qədər də yerin bilinir ey sevgilimi. Nə vaxt qar yağırsa bilirəm ki, o qar dənələrinin içində sənlə mən varam.. neçə gündür ürəyim çox möhkəm döyünürdü. Sanki yerindən çıxacaq..indi bilirəm ki, niyə elə döyünürdü...bir az əvvəl sol yanımdan nəsə qopdu elə bil.... səni sevməkdən,heç utanmıram! Sənə sevgimi etiraf etrməkdən də utanmıram! Sən son baharım ol...səni sevmək, sevmək istəyirəm, bütün dünya qısqanmalıdılr sevgimi ya da sevincimə onlarda sevinməlidir..… Əllərimdə qoxun qalmış, bayram sevincim kimi qal …… sənə səslənirəm sənə, səndir bütün bu sözlər, sənədir bütün bu duyğular..



Səni əbədi dünyada da, görməyəcəyimdən qorxuram, qorxularımla bərabər çox yorğunam..Uca dağlar üçün darıxıram, hansı ki sevgimizi o dağlarda etiraf etmişdik bir-birimizə. Birdə çox sevdiyim dəniz üçün...Bu gün çox rahatam, elə rahatam ki dildə ifadə edə bilməyəcəyim qədər.....Xəbər gəldi ki, sən də ən az mənim qədər mənim kimi mənə həsrətsən və məni əvvəlki tək sevirsən....Bilirəm dedim axı biz ayrı bədən də bir "qəlb" ik sən nə yaşasan mən hiss edirəm, mənim nə yaşadıqlarımı da ,sən hiss edirsən.....Bizim sevgidə məsafə yoxdur. Yollar belə bizim sevgimizə mane ola bilmir. Mən qışda, sən yazda olsan da bizim mövsümümüz həmişə eyni olub....

Mən gecə, sən gündüz olsanda bizim üçün ya həmişə gecə olub yada həmişə gündüz……Bir mahnımız var, xatırladın? Bax, o musiqi və biz. Biz sevgidə olan sərhədləri bildik hər şeyin yerini bildik. Cismlərimizdən çox ruhumuz bir oldu. Sevgimizi özümüzdə, könlümüzdə saxladıq...Heç bitməyən bir musiqi kimi…… Canım, bu yazıları göz yaşlarımla yazdım indi isə bu yazıları dənizə atıram ki, oxuyub tez gələsən... Sahildə səni sevgimlə, ruhumla, arzumla gözləyəcəm sevgilim.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
470 379 472 402 443 405

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.