
Daxili İşlər Nazirliyindən LOADiNG.AZ-a verilən məlumata görə, paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.
Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb.
Daha bir yıxılma faktı Xəzər rrayonunda olub. Mayın 28-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində Nikolay Qryaznıroja evinin hasarından yıxılması nəticəsində aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib və orada ölüb. (big.az)