
A vitamini
Çatışmazlığının əlamətləri: A vitamini qaraciyərdə toplandığı üçün qeyri-kafi qəbul etdikdə, ilk öncə qaraciyərdə miqdarı azalır, sonra qanda miqdarı düşür. Loading.Az deyerler.org-a istinadən bildirir ki, A vitamininin çatışmazlığında tez-tez görmə ilə əlaqədar problemlər ortaya çıxır.
Mənbələri: Qaraciyər, yumurta sarısı, kərə yağı kimi heyvani qidalar, tünd yaşıl yarpaqlı, sarı və narıncı rəngli tərəvəzlərdə olur.
FOL turşusu
Çatışmazlığının əlamətləri: Fol turşusu azaldıqda qan hüceyrələrinin formalaşma prosesi pozulur.
Mənbələri: Qaraciyər və tünd yaşıl yarpaqlı tərəvəzlərlərdir. Bundan əlavə, brokkoli, çuğundur və quru paxlalarda da fol turşusu yer alır.
B12 vitamini
Çatışmazlığının əlamətləri: B12 çatışmazlığı beyin və sinir sistemində, xüsusilə ağır və geri dönüşü olmayan zədələrə səbəb olur.
Mənbələri: Ət, süd məhsulları, balıq və dəniz məhsulları kimi heyvani qidalar B12 baxımından ən zəngin qidalar arasında yer alır.
C vitamini
Çatışmazlığının əlamətləri: diş əti qanaxmaları, oynaqlarda şişmə, qan azlığı kimi şikayətlər görünür.
Mənbələri: Narıncı qidalar, itburnu, kivi, çiyələk, gül kələmi, qırmızı və göy bibər, yemiş, yaşıl yarpaqlı tərəvəzlər, pomidor və kartof C vitamini baxımından ən zəngin qidalar arasındadırlar.
D vitamini
Çatışmazlığının əlamətləri: D vitamini çatışmazlığında prioritet olaraq sümük toxuması təsirlənir və zədə alır.
Mənbələri: D vitamininin ən yaxşı mənbələri balıq yağı, qaraciyər, yumurta sarısı, süd və göbələkdir.