LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
amon

amon Sevgi 24-05-2017, 01:23

Hətta sən gəlməsən belə..

Hətta sən gəlməsən belə..
LoaDinG.Az xəbər saytı
Hətta sən gəlməsən belə.. 
Bilirsən, zaman keçir, təqvimlər, fəsillər dəyişir, amma içimdəki bu yara sağalmır, inan...
Sənə ehtiyacım varkən, sənsizliyə bürünmüş bu qəlblə sürünürəm, mən...
Halbu ki, sən olsan, parlayar bütün dünyam, sən qoxar xəyallarım...

Yəni, sən deyə başladığım bu nağıl sənsiz mi bitsin ?!.. .
Olmasın belə... Xoşbəxtlik gəlsin və heç getməsin, sevgilim...

Həsrətimə sarılıb, xəyallarımın içinə səni sığdıraraq yuxuya getdim mən..
Qoxunla sevişdim, qəlbinin döyüntüsünü səni sevirəm sözü kimi dinlədim mən..
Yəni, öylə çox sevdim səni..

Bir roman yazıram sanki, ağlayanı mən, ağladanı sən..
Amma, heç cür son gətirə bilmirəm bu romana.. 

SƏNƏ HƏSR EDİRƏM
Bütün yaşadıqlarımı, yaşatdıqlarımı, axıtdığım gözyaşlarımı, bitib-tükənməyən bu sevgimi... 

Sənə həsr etdiyim bu ömrü, sən deyərək bitirəcəyəm mən...
Buna layiqsən SƏN...

Sənə həsr etdiyim bu sevgimi yarım qalmış , bilirlər..
Halbu ki, o qədər böyükdür ki sevgim, sən olmasan belə, sənin xəyalınla bir bütün oldu sevgim..

O qədər özlədim, o qədər istədim ki, gəlişini..
O qədər nəfəssiz qaldım ki, sən yoxkən... Alışdım sanki..

Artıq, sən gəlməsən belə, mən sənin xəyalınla yaşayaram sevgimi...
Heç cür silib kənara ata bilmədim sevgilim, səni, sevgimi, həsrətini..

Doğrudur, mənim üçün əlçatmazsan, amma, əlbət ki, bir yerə qədər..
Çünki, sən mənə o qədər yaxınsan ki, hətta özümdən, mənliyimdən belə yaxında..
Tam qəlbimdəsən

Sənə həsr etdiyim bu sevgim, sonumu gətirsə belə..
Hələ də yolunu gözləyir və səni sevirəm mən..
Buna dəyərsən SƏN

Sənə olan sevgimlə, əridim kül oldum, sevgilim..
Səni dilədim Rəbbimdən, gecə demədən, gündüz demədən..
Əl açıb göylərə ağladım günlərlə.. Ümidsizcə..

Çarəsizcə, sənə olan sevgimi çıraq tutaraq, ümid etdim hər açılan səhərə..
Ümid etdim ki, bir səhər səni mənə gətirəcək deyə..

Amma, sən heç gəlmədin...
Sən heç görmədin bu halmı...

Sənin üçün əriyib bitən bu varlığı, sənin üçün döyünən bu qəlbi, görmədin...
Və mən çarəsizcə çırağımı öz qaranlığımla boğdum..

Çünki, sən gəlməyəcəkdin..
Ümidsiz bir sevda idi bu... 

Nə sən gələcək, nə də mən səni unudacaqdım..
Bax sevgilim, sözümün üstündə durdum, bir an belə səni unutmadım..

Səni aldatmadım.. Gözlərimlə, nəfəsimlə, əllərimlə və ən əsası qəlbimlə..
Bir tək sənə aid oldum.. Çünki, bir tək səni sevdim, bir tək səni..
Və sən olmasan belə, mən yenə də səni.. 

Gəl, rəqs edək, sevgilim..
Həsrətin nəğməsini dinləyək, həzin-həzin zümzümə edək..

Dodaqlarımın söyləyə bilmədiyini bu musiqi, söyləyər bəlkə..
Dinlə sevgilim, həsrətin nəğməsi bizim üçün yazılıb..

Sırf sən yoxsan deyə, əlacsız qalıb, ruhum xəyallarla rəqs edir..

Həsrətin ağrısına inad, gəl rəqs edək, sevgilim..

Heç nəyə baxmadan, gəl bir olaq sevgilim..
İtirməyək.. Səni, məni, bizi..

Heç anlamasan da məni, sənə həsr edirəm, yazdığım sözləri, çəkdiyim rəsmləri, dinlədiyim musiqini..
Ən əsası da qəlbimin döyünmə səbəbi olan sevgimi..

Əgər yenə anlamadınsa, heç deyilsə qəlbimin səsini dinlə..
Gör, o nələr həsr edir sənə..

Bəzən, o qədər kövrəlirəm ki, sanki, bütün dünyanı mənə versələr də düzəlməyəcək kimimə gəlir.. 

Bəzən, düşünürəm, amma bu qədər gülümsəyən və qəlbi bu qədər sevgi dolu olan birinin, niyə bu qədər hüzünlü olmasını, anlamıram..

Bəlkə, elə hərşeyin səbəbi sənsən?
Bəlkə, əlacımda səndədir?
Bilmirəm sevgilim, bilmirəm..
Dərd orasıdır ki, nə əlimi sənə uzada bilirəm, nə də qəlbimi səndən qopara bilirəm..

Öylə bir yerdə durmuşam ki, sanki uçurum kənarındayam və burdan yıxılsam heçnə dəyişməyəcək, nə sənin üçün nə də bütün dünya üçün..

Artıq çox yorulmuşam..
Yolunu gözləmək deyil ki dərd, sənin heç gəlməyəcəyin gerçəyidir yorulmağıma səbəb..

Ölürəm sevgili, bax həqiqətən ölürəm..
Amma, sən bu halımı görməyəcək qədər, korsan sevgimə..

Daha nə deyim ki,
Bəlkə, nə vaxtsa, hardasa, amma, hələ ki yox, sevgilim..

Elə çox sevdim ki, adını andığımda bütün dünyam rənglənər və göylər nur ələr..
Halbu ki, gedişinlə yerlə bir olub, bütün bəşər..

Sənsizlik, məni yorar, ağladar, sızladar, ancaq olsun mən yenə də sevərəm səni..
Yəni, elə çox sevdim səni..

Doğrudur yoruldum, üzüldüm, yerlərdəyəm mən..
Amma olsun yenə də yolunu gözləyərəm, bezmədən, əksilmədən, əksiltmədən..

Həsrətin qorxu kimi, kabus kimi çökdü gecələrimə..
Amma, mən heç utanmadım səni sevməkdən..

Sənsizlikdə nələr çəkdim bilərsənmi?
Neçə gecə adın dilimi parçaladı, düşünürsənmi?
Düşünmə sevgilim, sən yorma özünü, mən üzülərəm sənin üçün..
Yəni, elə çox sevdim səni..

Bəzən oturub ağlayardım..
Günlərlə, saatlarla, sonra, oyanardım ağlayaraq..
Gözümdəki yaşı qurudana qədər, səhraları isladana qədər, daşları yumşaldana qədər..

Ancaq, anladım ki, ağlamaq dərdə dəva deyil..
Bilirəm gələcəksən SƏN və səni gülər üzlə qarşılayacağam mən :)

Bir gün o gözlədiyim an gələcək və sənə qovuşacağam mən..
O, nur üzünü görəcəm..
Və o nuru görübdə yıxılmayım deyə, indidən məşq edirəm mən :)

Hətta sən gəlməsən belə.. 
Nə hiss etdiyimi görməsən belə, adımı anmayıb da xoşbəxt olsan belə..
Hər necə olur olsun, mən yenə də, SƏNİ SEVƏRƏM..
Buna dəyərsən SƏN..  

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
503 506 500 472 513 458

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.