Kişilər qadınları niyə dinləməz?
Qadınlar bir şey izah edərkən sözlər kişinin bir qulağından girib digərindən çıxarGörəsən qadın səsi ilə kişi qulağı arasında bir tonal fərqmi var?Ya da kişi qadının dediyini anlamazmı?
Sevgiliniz dayanmadan niyə məni heç dinləmirsən? kimi sözlər deyirsə bu mövzunu qiymətləndirmə zamanı gəlmiş deməkdir...İngiltərədəki Sheffield Universiteti Psixiatriya laboratoriyasında edilən araşdırmaya görə qadın səsi ilə kişi səsi bir kişinin beynində fərqli bölgələrində aktiv edir.
Elm adamlarının tapıntılarına görə qadın səsləri kişi beynində kompleks səslərin işləndiyi bölgəni hərəkətə keçirir. Bu bölgədə isə musiqi, səs-küy kimi kompleks səslər analiz edilir. Kişi səsi isə bir kişinin sadə vizual əməliyyatları etdiyi beyin bölgəsini xəbərdar edir. Buna görə qadın səsi kişi üçün qavraması çətin və kompleks bir tanıya sahibdir.
Dahası da var: 2001-də Indiana universitetində edilən bir araşdırmaya görə, qadın və kişinin dinləmə və izah ediləni izləmə vərdişləri də fərqlidir, araşdırmada 20 kişi və 20 qadına bir romandan bir keçid oxunar. Mətin dinlənərkən bir tərəfdən də beyinlərinin MRi çəkilir.
Nəticə çaşdırıcıdı:Kişilərin böyük əksəriyyətində beynin sol tərəfində fəaliyyət görülərkən, qadınlarda da hər iki beyin tərəfində də bərabər fəaliyyət izlənilir. Yəni bir kişinin izah edilən şeyi anlayış tərzi də qadınlardan fərqlidir.
Qısacası, bəylər, bir dahaki səfərə sevgilinizin könlünü almaq üçün "həyatım,səni dinləmək üçün çox çalışıram,ancaq beynim yetərsiz qalır" deyib televizor izləməyə davam edə bilərsiniz:)