LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
amon

amon Sevgi 6-05-2017, 16:02

Bu gün ağladım

Bu gün ağladım
LoaDinG.Az xəbər saytı
Bu gün ağladım 
Aylar sonra ilk dəfə ağladım. İlk dəfə bir-iki damla yaş axdı gözümdən. Səbəbini bilmədim. Qəlbimin dərinliyində bir özləm, bir sıxıntı var idi. Aşkar edə bilmədim.
Aylar sonra ilk dəfə ağladım. Sanki nostalji hisslərimə qapıldım. Köhnə günlərçün, köhnə dostlarçun, bəlkə də məktəbli vaxtlarımçun darıxdım. Aşkar edə bilmədim.
Bu gün ağladım mən. Yalan gülüşlərə inad olsun deyə. Saxtakarlara ar olsun deyə ağladım. Unutdum bu günlük özümü. Atdım qüruru.

....Qaçdığım reallıqlarla üzləşdim bu gün... və ağladım. Qulaq tıxadıqlarımı bir-bir özümə dedim və qəbul etdim. Doğruları, yanlışları ayırdım. Qəlbimin səsini və ağlımın dediyini eşitdim. Ağlıma qulaq asdım.
Düşünmək istəmədiklərimi bir anlıq düşündüm. Qorxmadım həmişəki kimi düşünməkdən bu gün. Düşündüm və nəticə çıxartdım. Bir il bundan əvvəlki həyatıma, bir də bu keçən bir ilimə baxdım. Fərqləri gördüm.

...Həyat sanki eyni gedir. Düşündüm ki, görəsən, axırıncı dəfə nə vaxt şeir yazmışam? Axırıncı dəfə nə vaxt cızma-qara eləmişəm? Axırıncı dəfə nə vaxt günlüyümü açmışam? Gördüm ki, xatırlamıram.
Deyirlər ki, insanlar böyüdükcə onların gülüşləri azalır, problemləri artır. Elə bil, böyüyürəm. Hər şey mənasızlaşır. Gülüşlər maraqsızlaşır. Rənglər uzaq qaçır, bozluq yaxınlaşır. Bir aqressivləşmə, bir pessimistləşmə hiss edirəm özümdə. Böyümək belə olacaqsa, heç böyümək istəmirəm. Uşaq qalmaq istəyirəm...

<iframe id="_atssh334" title="AddThis utility frame" style="height:1px;width:1px;border-width:0px;"></iframe>

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
391 467 412 395 406 394

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.