
Sonradan Günay Məmmədova və qaçdığı oğlan Elnur Əhmədov televiziyaya çıxaraq hədələndiklərini bildirir, qızın geri qayıtmasının tələb olunduğu demişdilər. Günay Məmmədova Elşad Əhmədovla xoşbəxt olduğunu və evlənmək istədiyini bildirirdi.
"Qaynar" xəbər verir ki, artıq Günay və Elşad cütlüyü arzusna çatıb. Belə ki, bu gün onların toyu baş tutub. Ağcabədidə keçirilən mərasimdə cütlüyün yaxınları iştirak edib. Toydan "Qaynar"ın əldə etdiyi görüntüləri təqdim edirik.
Qeyd edək ki, Ağcabədi rayonunda yaşayan Günay Məmmədova Laçın rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimovun oğlu ilə 3 il nişanlı olub. Onların bu yaxınlarda toylarının olacağı gözlənilirmiş. Lakin rəis oğlu ilə evlənmək istəməyən qız öz rayonundan olan Elşad Əhmədovla qaçmaq qərarına gəlib. Qızın atası Ağcabədidəki "Gənclik” restorannn sahibi Şahin Məmmədovdur.