LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
amon

amon Sevgi 20-04-2017, 00:20

Qarşılıqsız sevgi

Qarşılıqsız sevgi
LoaDinG.Az xəbər saytı
Qarşılıqsız sevgiSalam sevdiyim, mənəm o sevmədiyin, dəyərini bilmədiyin. Elə istərdim ki, səni görüncə üzünə qarşı salam verə bilim. Daha yanından yad bir insan kimi keçməyim. Elə bir sevgidir ki, mənimki. Ölümünə sevdim mən və hələ də sevirəm. Həmişə də sevəcəm. Səni görüncə hər şeyi unuduram. Hətta bəzən unuduram məni sevmədiyini. Bəlkə də başqasını sevirsən. Mən səndən sevgi istəmədim ki. Sadəcə məni anlamağın bəs idi mənə. Səni bu qədər çox sevən birini düşmən bilmə özünə. Axı nə etmişəm mən sənə??? Sevməkmi mənim günahım??? Əgər sevmək günahsa razıyam ən böyük cəzanı çəkməyə. Hərdən qəlbimdə üsyanlar qopur "niyə məni sevmədi, o heç mənim sevgimə layiq deyil" deyə. Sonra qəlbimə bir şey xatırladıram "ey qəlbim sən ki, onu qarşılıqsız, heç bir şey gözləmədən sevmisən və həmişə də belə sevəcəksən". Kaşki sevməsən, amma mənimlə danışsan, susmasan. Mən sənə dərdimi danışsam, sən mənə dərdini danışsan. Amma sadəcə xəyaldı bunlar. Deyirlər ki, Tanrı insana gerçəkləşdirməyəcəyi arzunun xəyalını qurdurmaz. Amma bilirəm ki, sən mənim heç vaxt qəbul olunmayacaq duamsan. Və bunu bilə-bilə, sevmədiyini bilə-bilə sevirəm səni. Qəlbimə çox dəymisən ey sevdiyim. Çox yaralamısan məni. Amma unutmuşam mən, mənə verdiyin əzabları. Tək bir gülüşünlə unutmuşam. Səndən gələn əzabı çəkmək də mənim üçün xoşbəxtlikdir. Həyatda ən böyük sevincim isə sənin gülüşünü görməkdir. Xahiş edirəm məni gülüşünə möhtac etmə. Sən həmişə xoşbəxt ol, həmişə gül. Gül ki, sənin gülüşünlə mən də gülüm..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
521 523 510 472 510 493

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.