LoaDinG.Az - Həyat Hekayəni Yarat
reklam
amon

amon Azərbaycan 5-04-2017, 22:53

DTX, DİN və Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi

DTX, DİN və Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi
LoaDinG.Az xəbər saytı
DTX, DİN və Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildiPrezident İlham Əliyev “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş” üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Loading.Az xəbər verir ki, sərəncama əsasən, 2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş”in Azərbaycan tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar qismində Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti müəyyən ediliblər.

Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən sazişin Azərbaycan tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb. (oxu.az)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
426 418 377 461 440 379

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.