ADMiN

ADMiN Xəbərlər 30-03-2017, 01:29

Lənkəranda İran “TIR”ları yanıb - Xəsarət alanlar var

Lənkəranda İran “TIR”ları yanıb - Xəsarət alanlar var


Lənkəranda üç yük maşını yanıb, bir nəfər xəsarət alıb.

 “Report” xəbər verir ki, hadisə Sütəmurdov kəndində yerləşən çay fabrikində baş verib.

İran İslam Respublikasına məxsus, hər birinin tutumu 20 ton olan bir neçə "TIR" yük maşını çay fabrikinin həyətində alışıb. Hadisə nəticəsində avtomobillərdən ikisinin sürücü kabinəsi və yük konteynerləri, üçüncü avtomobilin isə yalnız konteyner hissəsi yanıb.

Hadisə nəticəsində İran İslam Respublikasının Astara şəhər sakini, 1981-ci il təvəllüdlü Bağıri Behzad Cəlil oğlu baş və bədənin müxtəlif nahiyələrindən 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yanıq şokunda olan İran vətəndaşı sonradan reanimasiya şöbəsinə keçirilib.

Xəsarət almış sürücünün avtomobilin kabinəsində yatdığı bildirilir. Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Hadisənin hansı səbəbdən başvermə səbəbi aparılacaq ekspertizadan sonra müəyyənləşdiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
489 526 495 420 420 393

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.