XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Aforizm 9-12-2021, 10:23

Həyat dediyin nədir ki, bu gün varsa. Sabah yoxsan.

Həyat dediyin nədir ki, bu gün varsa. Sabah yoxsan.
Qəhrəmanlıq üçün bircə an belə kifayətdir, ləyaqətli insan olmaq üçün isə bütöv bir ömür lazımdır. (P.Bryula)
Qırx yaş cavanlığın qocalığı, əlli yaş qocalığın cavanlığıdır. (Viktor Hüqo)
Qocalığa cavanlıqdan hazırlıq görmək lazımdır. (Əvhədi Marağayi)
Qocalığın aqibəti gəncliyin nəyə sərf edilməsindən asılıdır. (Stendal)
Qocalıq axmaq üçün yük, nadan üçün – qış, alim üçün – biçin vaxtıdır. (Volter)
Qocalıq fırtınalı həyatın limanıdır. (K.Preston)
Ruh olan yerə ölüm girə bilməz. (Əbu Turxan)
Sağlığında tərki-dünya olanlar öləndə heç nə itirmirlər. (Əbu Turxan)
Sahil ümiddir; gözdən itəndə dənizdə ancaq vahimə qalır. (Əbu Turxan)
Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır. (Əbu Turxan)
Səhər axşamla qarşılaşmaq istəmədiyi kimi, gənclik də solmuş qocalığı görmək istəmir. (Cübran)
Sənə bircə dəfə gərək olacaq silahı ömrün boyu gəzdirməlisən. (Rəsul Həmzətov)
Silgi istifadə etmədən rəsm çəkmək sənətinə həyat deyilir. (Hölderlin)
Sübhə yalnız gecənin cığırı ilə gedərək çatmaq olar. (Cübran)
Sürünmək üçün yarananlar uça bilmirlər! (Maksim Qorki)
Tale bəhanələr qəbul etmir. (Ziqmund Freyd)
Tale getmək istəyəni aparır, istəməyəni sürüyür. (Kleanf)
Tale vəd etdiyini baha satır. (Helvetsi)
Tarix üçün yaşamaq bir şeydir, əbədiyyət üçün yaşamaq başqa bir şey. (M. Unamuno)
Təzad həyatın ahəngidir. (Hüseyn Cavid)
Toxumun cücərməsi üçün münbit mühit tələb olunduğu kimi, alın yazısının da yaşanması üçün müvafiq şərait olmalıdır. (Əbu Turxan)
Uça bilməyənlər üçün dünyanın başlanğıcı da, sonu da (bir) yerdədir. (Əbu Turxan)
Uçmaq üçün yarananları sürünməyə, sürünmək üçün yarananları uçmağa təhrik etmək günahdır. (Əbu Turxan)
Uğur qazanıb sevinmək üçün öncə bir çox məhrumiyyətlərə dözmək lazımdır. (Con Milton)
Ümid hətta artıq heç nəyi qalmayanlarda da var. (Plutarx)
Ümidini itirənin başqa itirəcək bir şeyi yoxdur. (Pyer Büast)
Unutmaq mümkün olmasaydı, həyat işgəncəyə çevrilərdi. (Konfutsi)
Uşağın ağlaması ilə gülüşü arasında məsafə çox kiçikdir. İnsan böyüdükcə bu məsafə də böyüyür və birindən o birinə keçid çətinləşir. (Əbu Turxan)
Uzaq planları olmayan insanı yaxında fəlakətlər gözləyir. (Konfutsi)
Üzməyi bilənlər gəmidə özlərini daha rahat hiss edirlər; halbuki gəmi dənizin ortasında batanda hamını eyni aqibət gözləyir. (Əbu Turxan)
Xatirə görüşün bir növüdür. (Cübran)
Xəyal etdikləriniz sadəcə sizin xəyallarınız deyil; bütün dünya da sizin xəyal etdiklərinizi xəyal edər. (Nüaymə)
Xoşbəxt adamlar üçün ən uzun ömür də bir gün qədər qısadır, bədbəxtlər üçünsə bir gün də əzablı ömür qədər uzundur. (Lukian)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
35 17 33 32 15 31

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.