XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Aforizm 7-12-2021, 09:47

Söz!

Söz!
Bəzən susmaq, deyilən bir çox sözdən daha çoxunu ifadə edər. (Şarl Lui Monteskyö)
Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün;
bəzən xatırlamaq lazım gəlir, xatırlanmaq üçün;
bəzən ağlamaq lazım gəlir, açılmaq üçün;
bəzən anmaq lazım gəlir, anılmaq üçün;
bəzən de susmaq lazım gəlir, duymaq üçün. (Şəms Təbrizi)
Biz danışırıq, eyni vaxtda dinləyirik.
Biz dinləyirik, amma bu susmaq üçün deyil. (Mahatma Qandi)
Böyük fəlsəfələr ancaq böyük dillərin çanağında yoğrulub yapıla bilər. (Əbu Turxan)
Cəbhədə qılınc, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır. (Məmməd Səid Ordubadi)
Çox danışana ancaq lal həsəd aparır. (Cübran)
Danışaraq izah edilməz hər şey, bəzən susmaq yetər əslində.
Unutma; danışmaq bir ehtiyac ola bilər, amma susmaq cavabdır anlayana. (Qabriel Qarsia Markes)
Danışmaq ehtiyac ola bilər, amma susmaq bir sənətdir. (İohann Volfqanq Göte)
Dediklərin ancaq qarşıdakının anlaya bildiyi qədərdir. (Cəlaləddin Rumi)
Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm. (Əbdürrəhman Cami)
Deməyə sözü olmayan hamıdan çox danışar. (Lev Tolstoy)
Deyilişin bənzərliyi fikrin də bənzərliyinə dəlalət etmir. (Əbu Turxan)
Dil – insanlar arasında, elm – insanla təbiət arasında ünsiyyət vasitəsidir. (Əbu Turxan)
Dil də torpaq kimidir; münbit olmasa, fikir cücərməz. (Əbu Turxan)
Dil heç nədən utanmayanda, hamı utanmış olur. (Jan Jak Russo)
Dil oddan da pis yandırır. (Ogüst Kont)
Dil təfəkkürün qəlibidir. (Əbu Turxan)
Dilin bəlasıdır uzunçu olmaq
Ariflər işidir sükuta dalmaq. (Nizami Gəncəvi)
Dilin imkanları məhdud olanda təfəkkürə də çəpər çəkir. (Əbu Turxan)
Dolaşıq danışmağı hamı, aydın danışmağı isə çox az adam bacarır. (Qalileo Qaliley)
Düşünmədən danışanın cəzası sonradan düşünməyə məhkum olmaqdır. (Əbdülhaq Şinasi Hisar)
Ədəb sayılsa da məclisdə susmaq
Məsləhət zamanı danışmaq gərək
İki şey ağıla nöqsan sayılır
Yersiz susmaq ilə yersiz söz demək (Sədi Şirazi)
Elə danış ki, başa düşməyə bilməsinlər. (Kvintilian)
Ən çox da üç şey yorar insanı...
Bağışlamaq, içi yanarkən susmaq və olmayacağını bildiyi halda xəyal qurmaq. (Çak Palanik)
Ən gözəl fikir də pis ifadə edildikdə qiymətini itirir. (Volter)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
31 21 19 13 20 23

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.