n2006

n2006 Mətbəx 6-12-2021, 19:30

Yüngül və Doyurucu Yunan Salatı

Yüngül və Doyurucu Yunan Salatı
Yunan Salatı, bizim damaq dadımıza uyğun, hər gün istifadə etdiyimiz məhsullardan hazırlanan bir salatdır.

Tərkibi:

10 ədəd çerri pomidoru
2 ədəd xiyar
1 ədəd qırmızı soğan
1/2 ədəd kahı yarpağı
1 ədəd qırmızı ətli kapya bibəri
2 dilim ağ pendir (kub formasında doğranmış)
qara zeytun

Sousu üçün:

1 ədəd limon suyu
1/2 stəkan zeytun yağı
1/2 çay qaşığı duz
1 çay qaşığı kəklikotu

Hazırlanma qaydası:

İlk öncə Çerri pomidorlarını ikiyə bölün, xiyarları dilimləyin. Kapya bibərləri də xiyarlara uyğun olaraq dilimləyin. Qırmızı soğanları yarım ay şəklində doğrayın. Kahıları da çəngələ gələcək böyüklükdə doğrayın. Sousu üçün bir qabda zeytun yağı, limon suyu, duz və kəklikotunu çalaraq qarışdırın. Servis edəcəyiniz salat qabının içərisinə əvvəlcə kahıları, üzərinə qırmızı soğan, xiyar, çeri pomidorları , kapya bibəri, qara zeytun və ağ pendirləri də səliqəli düzdükdən sonra hazırladığınız sousu üzərinə gəzdirin.

Nuş Olsun!



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
13 11 22 19 24 9

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.