n2006

n2006 Mətbəx 6-12-2021, 19:30

Dadlı, Rəngli Bezelər

Dadlı, Rəngli Bezelər
Uşaq ad günü üçün maraqlı desert..Süfrəyə verəcəyiniz rənagarəng bezeleri çöp şişdə də hazırlaya bilərsiniz.

Tərkibi:

5 ədəd yumurta ağı
400 qr şəkər tozu
təbii qida boyası
vanil
yağ

Hazırlanma qaydası:

Yumurtanın ağını sarısından ayırın. Bir qabda yumurta ağlarını şəkər tozuyla yaxşıca çırpın. Üzərinə vanil əlavə edib çırpın. Kütləni bir neçə qablara bölüşdürün. Bölüşdürdüyünüz qablara təbii qida boyaları əlavə edib ehtiyyatla qarışdırın. Soba sinisinə yağlı kağız sərin və yağlayın. Rəngli qarışıqdan qaşıqla yağlı kağız sərilmiş soba sinisinə 2-3 sm aralıqlarla düzün. Əvvəlcədən 100 dərəcə qızdırılmış sobada 1 saat 20 dəqiqə bişirin. Bişən bezelər köpürülmüş və quru olmalıdır.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
10 25 23 27 20 20

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.