amon

amon Xəbərlər 22-11-2021, 17:49

“Bir Bax, Min Yaşat” adlı fotosərgi keçiriləcək

“Bir Bax, Min Yaşat” adlı fotosərgi keçiriləcək
Noyabrın 23-də Heydər Əliyev sarayında gənc və istedadlı fotoqraf Ramin Aslanovun “Bir Bax, Min Yaşat” adlı fərdi fotosərgisi keçiriləcək.

Loading.Az xəbər verir ki, müxtəlif və rəngarəng mövzuları əhatə edən və əsasən təbiət fotojanrına üstünlük verilən fotosərgi müəllifin tamaşaçılar qarşısında ilk hesabatıdır.

Azərbaycanımızın şəhər və rayonlarının təbiətinin müxtəlif obrazlı gözəlliklərinin, təbii sərvətlərinin müxtəlifliyinin nümayiş etdirildiyi sərgi tamaşaçılara yüksək sənət zövqü bəxş edəcək.

Fotosərginin təşkilində məqsəd sərgilənən foto nümunələrini geniş ictimaiyyətə təqdim edərək, tanıdaraq gənc, yaradıcı və peşəkar insanlara diqqət göstərmək, dəstək olmaqdır.

Qeyd edək ki, saat 17:00-da başlayacaq fotosərgidə əsərlərin satışı həyata keçiriləcək.

Əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
11 15 18 20 14 18

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.