n2006

n2006 Məsləhətlər 22-11-2021, 08:15

Pis əhval-ruhiyyəyə qalib gəlməyin 10 yolu

Pis əhval-ruhiyyəyə qalib gəlməyin 10 yolu
1. Yemək və idman
Hər iki halda beyin eyni hormonu ifraz etdiyinə görə sıranın birinci yerindədirlər. Xüsusən də, şokolad əhvalınızın yüksəlməsinə və özünüzü daha xoşbəxt hiss etməyə səbəb olacaq. Ən adi gəzinti də əhvalınızı dəyişə bilər. Günəşli günlərdə küçəyə çıxmağa tənbəllik etməyin.

2. Yaradıcılıqla məşğul olmaq
Rəsm çəkmək, musiqi ilə məşğul olmaq, yazmaq — hər biri kömək edə bilər. Bunları mükəmməl etmək vacib deyil, bacarmasanız da, öyrənməyə cəhd edin.

3. Gülümsəyin
Özünü çox pis hiss edirsinizsə, gülümsəyin. Yaxşı əhval-ruhiyyə ilə gülüş arasında xüsusi əlaqə var. Üzün mimikası əhvalınızı dəyişməyə təsir edə bilir.

4. Yaxşı bir əməl edin
Başqası üçün yaxşı nəsə etsəniz, özünüzü də yaxşı hiss edəcəksiniz. Hətta ən kiçik yaxşı əməliniz də əhvalınızı yüksəldəcək.

5. Musiqi dinləyin
Musiqi — sirli qüvvədir. Sevimli musiqinizi dinləyin.

6. Mənfi emosiyanı başqalarına hiss etdirməyin
İnsanlar eqoistdir və ilk növbədə, özləri haqda düşünür. Bu, əslində, normaldır. Amma əhvalınız pis olanda digərlərinin də kefini pozmaq yaxşı deyil. Başqalarını incidəcək və ya kobudluq edəcəyinizi düşünürsünüzsə, həmin yerdən uzaqlaşıb tək qalmaq hər zaman yaxşı fikirdir. Sonra özünüzə bu hərəkətinizə görə minnətdar olacaqsınız.

7. Anı yaşayın
Gözlərinizi yumun və nəsə düşünün. Beynimiz elə qurulub ki, onda ilişib qalan bir hadisə onun haqda daha da çox düşünməyə, o hadisənin mənfi enerjisini böyütməyə səbəb olur. Ancaq dərdiniz barədə düşündüyünüzü hiss edəndə başqa fikirlərə keçid edin. Özünüzə yazığınız gəlməsin və ən yaxşısı, sizi məşğul edəcək bir işlə məşğul olun.

8. Dərindən nəfəs alın və beyninizi təmizləyin
Bir neçə dərin nəfəsalma sakitləşməyinizə kömək edəcək. Bunu meditasiyanın ən sadə forması hesab etmək olar.

9. Səbəbləri tapın
Kefinizin pis olması nadir hallarda baş verirsə, narahat olmağa dəyməz. Tez-tez kefiniz pozulursa, mümkün ola biləcək səbəbləri araşdırın. Gündəlik tutun və açar hadisələri qeyd edin, sonra onları analiz edin. Bu, səbəbi tapmağa kömək edə bilər.

10. Problemi həll edin
Bu, ən vacibidir. Səbəbi tapdınızsa, onunla mübarizə aparın. İnsanla bağlı məsələdirsə, özü ilə danışın. Bütün fikirlərinizi və boş vaxtınızı ona həsr etməyin, amma həyatınıza mane olmasına da imkan verməyin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
19 15 11 33 23 27

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.