XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Aforizm 21-11-2021, 03:41

Ədəbiyyat haqqında aforizmlər

Ədəbiyyat haqqında aforizmlər
Ən gerçək portret dahilərin yazılarında üzə çıxır. Onlar heç kimin görmədiklərini üzə çıxara bilirlər. (Əbu Turxan)
Ən kamil əsər ideyaya adekvat olan əsərdir. (Tur Xander)
Əsərlər zəhərli, əxlaqsız, kefşək bir mövzu təqib edərsə, gec-tez bütün oxucularını da zəhərləmiş olar. (Hüseyn Cavid)
Eyni alətin çoxlu sayda olmasından ən yaxşı halda sinxronluq yarana bilər. Yeni keyfiyyət ancaq simfonikliyin məhsulu ola bilər. (Tur Xander)
Hər bir əsər müəllif ideyasından daha zəngindir. (Əbu Turxan)
Hər bir mədəniyyətin öz ruhu vardır. (Şpenqler)
Hər bir uşaq dahi rəssamdır. Çətinlik ondadır ki, uşaqlıq dövründən çıxandan sonra da rəssam kimi qalsın. (Pablo Pikasso)
Hər müəllif sanki öz ömrünü uzatmaq, hətta əbədiyyətə qovuşmaq üçün yazır; yaxşı əsər müəllifinə (sağlığında ikən) ölməzlik gətirir, pis əsər ölməzlik ümidini öldürür. (Əbu Turxan)
Həyatın nəsrlə yazdığını mən nəzmlə vəsf edirəm. (Cübran)
İndiki şairlər öz mürəkkəblərinə həddən çox su qatırlar. (İohann Volfqanq Göte)
Klassik oxucu sənətkarın yazdığını onun özündən daha yaxşı başa düşə biləndir. (Əbu Turxan)
Klassiklər keçmişlə bu gün arasında körpüdürlər. (Əbu Turxan)
Klassiklər müxtəlif xalqları və millətləri bir araya gətirən ümumbəşəri məbədin sütunlarıdır. (Əbu Turxan)
Mədəniyyətlər də öz aralarında məsafəyə ehtiyac duyur. (Levi-Stross)
Müəllifi tənqid etmək asan, dəyərləndirmək çətindir. (Vovenarq)
Müğənni ürəkdən oxuyanda, özünü oxuyur. (Mənsum İbrahimov)
Musiqi can verir ruha əzəldən,
Musiqi qəlb alır min bir gözəldən. (Səməd Vurğun)
Musiqi fikrə qanad verir. (Fridrix Nitsşe)
Musiqi ruhun qidasıdır. (Əbu Turxan)
Musiqi səbəbsiz kədərləndirmək və sevindirmək sənətidir. (Tadeuş Kotarbinski)
Nəsr uzağa, poeziya isə zirvələrə uçur. (Rəsul Həmzətov)
Nəsrdə poeziya xörəyin duzu kimidir. (Rəsul Həmzətov)
Ölü doğan müəllif nə vaxtsa dünyaya diri övlad gətirə bilsə, əvvəl ölənlər də dirilər. (Əbu Turxan)
Önəmli o deyil nə haqqında və ya kimin haqqında yazılıb, önəmli odur ki, kim yazıb! (Əbu Turxan)
Ötən əsrlərin yazıçısı ilə söhbət etmək səyahət etmək kimi bir şeydir. (Rene Dekart)
Qanadsız bir quşdur xülyasız şeir. (Mikayıl Müşfiq)
Qılıncla ölkə tutmaq asandır, qələmsiz onu əldə saxlamaq çətindir. (Balasaqunlu Yusif)
Qısa və aydın yazmaq səmimi və xeyirxah olmaq qədər çətindir. (Uilyam Sommerset Moem)
Rəssamın orijinallığı xəyalında yaratdığı ideyada, sənətkarlığı isə by ideyanı kətana köçürmək məharətində üzə çıxır. (Əbu Turxan)
Şair həqiqəti sübut etmir, o onu göstərir. (Vissarion Belinski)
Şairə ilhamdan maya gərəkdir. (Mikayıl Müşfiq)
Şairlər və qəhrəmanlar bir tayfadır. Onların arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər. (Alfons de Lamartin)
Şeir xoş bir təbəssümdən, ya da göz yaşlarından yaranır. (Rəsul Həmzətov)
Tənqidçi fəlsəfi hazırlıq səviyyəsinə görə yazıçıdan yüksəkdə durmasa, əsərin həqiqi qiymətini verə bilməz. (Əbu Turxan)
Yaxşı roman öz qəhrəmanı haqqında, pis roman isə – öz müəllifi haqqında həqiqəti söyləyir. (Çesterton)
Yaxşı tənqidçi əsərdə sənətkarın özünün demək istəmədiklərini də aşkar edir. (Əbu Turxan)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
27 11 6 23 18 19

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.