XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Hamiləlik 21-11-2021, 03:01

İlk hamiləlik

İlk hamiləlik
İlk övladı nə zaman dünyaya gətirmək daha yaxşı olardı?

Hələ bu yaxınlara kimi belə bir fikir var idi ki, ilk hamiləlik 20 yaşında olmalııdır; o yaşda orqanizm də sağlamdır, doğuş da daha asan keçir. 30 yaşından sonra dünyaya övlad gətirməyə hazırlaşan qadınlara isə “gec doğan qadın” kimi acı söz deyirdilər. Lakin son araşdırmalar (məs. Nyu York xəstəxanaların birində dörd min qadını müşahidə edən amerika həkimlərinin araşdırması) gostərir ki, 30-35 yaşında sağlam qadında hamiləliyin ağırlaşması hallarının sayı 20 yaşında olan gələcək analarda baş verənlərdən çox az fərqlənir. Yaşı az olmayan qadınlar isə öz hamiləliyini daha yaxşı dərk edir –gələcək ana stresslərə qarşı daha dözümlüdür, daha intizamlı, müdrik və məsuliyyətlidir.

Əvvələr orta yaşlı qadınların övladlarının daha çox vaxtından əvvəl doğulmaları, zəif çəki yığmaları və tez-tez xəstələndikləri haqqında fikir var idi. Əslində isə bu heçdə belə deyil. Orta yaşlı valideynlərin uşaqlarına daha çox vaxt ayırmalarını nəzərə alsaq, belə uşaqların öz inkişafına görə öz yaşıdlarını ötmələri aydın olur.

Lakin, əlbəttə ki, dünyaya gec övlad gətirməyin öz problemləri var: birinci növbədə fizioloji. 35 yaşından sonra qadının hipertoniya, diabet, döldə normadan kanar inkişafı riskinin artması, ağır irsi xəstəlikləri olan uşaqların doğulması kimi problemlər yaranır. Bu səbəbdən yaşı 35 –dən yuxarı olan ilk dəfə həmilə olan qadınlara həkimlər US müayinəsi, genetik analizlər kimi əlavə müayinələrdən keçmək məsləhət görürlər.

Bu müayinələr dölün xromosom patologiyasını vaxtında aşkar etmək imkanını verir. Bura venadan qanın biokimyəvi analizi (“iki qat”, “üç qat” testlər), amniosentez (dölyani suların analizi), kordosentez (dölün göbəkbağı qanı göstəricilərinin analizi) daxildir. Bütün bu müayinələr maksimal dəqiqliklə xromosom düzümünün pozulması ilə bağlı olan 200-dən artıq irsi xəstəliyi aşkar etmək imkanını verir.

Qorxuram!

Hamiləlik, ümumiyyətlə, hətta təcrübəli analar üçün narahat dövrdü. Birinci hamiləlik isə addım boyu təşvivə düşməyə vadar edir. Bəs gələcək analar nədən qorxur?

1. Birdən uşaq xəstə doğular?

Bu qorxu bizə keçmiş nəsillərdən keçib. Özünüz düşünün – tibb elmi çox qabağa gedib. Ən müxtəlif analizlər və müayinələr dölün patologiyalarını ən ilkin mərhələlərdə aşkar etmək imkanını yaradır. Sağlam düşüncə və məntiqi də yaddan çıxarmayın, köhnə lətifədəki xanıma oxşamayın:

– Niyə siz dördüncü uşağınızı doğmaq istəmirsiniz?

– Qorxuram o, çinli olsun. Dünyada adamların hər dördən biri çinlidir!

2. Mən yaxşı ana ola bilmərəm, körpənin öhdəsindən gələ bilmərəm!

Adətən bur qorxu ailənin tək övladı olan qadınlarda yaranır; onların sadəcə körpə ilə ünsiyyət qurmaq təcrübələri olmur. Əgər sizin kiçik bacınız və ya qardaşınız varsa, çox güman ki, belə fikirləri sizin ağlınızın ucundan belə keçməyib; siz bilirsiniz ki, burada çətin heç nə yoxdur. İstənilən halda analıq instikti mövcuddur ki, o da sizə uşaqla necə rəftar etməyi hiss etdirəcək. Əgər inskiktinizə bel bağlamırsınızsa, xüsusi təlimat filmlərinə baxıb və xüsusi ədəbiyyat oxuya bilərsiniz. Mənim bir tanışım isə hamiləlik dövründə ona ana olmaq elmini öyrədən “didaktik” yuxular görürdü.

3. Ağrıdan qorxuram!

Maraqlıdır ki, qorxu və ağrı əlaqəli anlayışlardır. Bu barədə ilk dəfə “Qorxusuz doğuş” bestsellerin müəllifi Dik Rid Qrantli yazmışdır. O birinci dəfə doğuş ağrısının qorxudan yaranması haqqında söhbət açmışdır. Axı ağrı əzələnin sıxılmasına gətirib çıxarır (“qorxudan sıxılmaq” – ifadəsini yadınıza salın), sıxılma isə ağrını kəskinləşdirir. Buna görə də nə qədər çox qorxuruq, o qədər çox ağrı hiss edirik.

4. Mən həmişəlik yöndəmsiz qalaçam!

Stefani Seymur və Yasmin Le Bon kimi fotomodellərə baxın. Hərəsinin üç uşağı var, lakin bu onlara mükəmməl fiziki formada qalmağa maneə olmur. Ona görə də, bu məsələ sözün əsl mənasında sizin əllərinizdədir (həm də ayaqlarınızda). İndi formanı hovuzda, xüsusi məşqlər, yoqa vasitəsi ilə saxlamaq olar. Və əlbətdə ki, hamiləlikdə iki nəfərin əvəzinə yemək olar köhnəlmiş fikirlə özünə haqq qazandıraraq həddindən artıq çox yeməmək. Müxtəlif konstitusiyalı qadınlar üçün çəki artmasının təxmini normaları müəyyən olunub. Birinci hamiləlik zamanı astenik tipli qadınlar 10-14 kq, normostenik tipi – 8-10, piylənmədən əziyyət çəkənlər isə 2-6 kq. çəki artırmalıdırlar.

5. Mən artıq heç vaxt keçmiş qayğısız həyatı yaşaya bilməyəcəm.

Bir tərəfdən bu doğrudur. Körpənin dünyaya gəlməsi həyatınızı həmişəlik dəyişəcək. Lakin, pampers və qazanların içində itib batmamaq üçün həyat yoldaşınızla (ananız, qaynanızla) razılığa gəlin ki, heç olmasa həftədə bir dəfə sizə balacadan və ev işlərindən istirahət versinlər. Bu doğuşdan sonrakı depressiyanın əla profilaktikasıdır.

Ailə böhranı

Nəzərə alın ki, birinci uşağın dünyaya gəlməsi bəzi hallarda gənc ailə üçün əsl böhran olur. Səbəbi isə odur ki, onun gəlişi ilə ailə strukturu dəyişir (ikinci və üçüncü uşaqlar dünyaya gələndə bu baş vermir, çünki hamı öz valideyn, nənə və baba rollarına artıq alışıb, indi isə hər şey dəyişməlidir).



Bu vəziyyətdə ən çox yayılmış səhv – bir-birinizi sözsüz başa düşməyinizdən həddindən artıq əminlikdir. Əslində bu çox nadir haldır.

Gələcək həyatınızı artıq indidən müzakirə etmək zəruridir, çünki, rollarınızda(yaxın zamanda siz yalnız həyat yoldaşı deyil, həmçinin valideyn, sizin valideynləriniz isə nənə və baba olcaq), vaxta və pula yanaşmanızda yenidən dəyişəcək… Uşağa gecələr kim qulluq edəcək? Yoldaşınızla heç olmasa bazar günləri bir yerdə evdə olacaqsınızmı? Nənə və baba sizin yoldaşınızla qonaq getmək üçün şərait yaradacaqlarmı? Və ya bərkə siz həm uşaq həm də ev işləri ilə tək məşqul olcaqsınız, yoldaşınız isə əvvəlki kimi,demək olar ki,subaylıq həyatı yaşayacaq? Yeri gəlmişkən, bu cür söhbətlər sizə uşağın dünyaya gəlişindən sonra necə yaşayacağınızı təsəvvür etməkdə kömək edib, bir çox qorxularınızdan azad edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
13 11 10 7 2 23

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.