n2006

n2006 özünü 😇 xoşbəxt hiss edir. Aforizm 20-11-2021, 20:30

"Xoşbəxtlik" haqqında aforizmlər

"Xoşbəxtlik" haqqında aforizmlər
Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır. (Konfutsi)

Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)

Başqalarının xoşbəxtliyi üçün çalışmaqla biz öz xoşbəxtliyimizi tapırıq. (Platon)

Bədbəxt insan başqalarının ağrı-acısı ilə rahatlıq tapan şəxsdir. (Sədi Şirazi)

Bədbəxt o adamdır ki, xeyirlə şəri qarışıq salır. (Naməlum)

Bu dünyada xoşşeylər azdır, xoş olan da çox vaxt ancaq başlanğıcdadır. (Yusif Balasaqunlu)

Canıyananlıq başqasının bədbəxtliyinə yanmaq, paxıllıq isə başqasının xoşbəxtliyinə yanmaqdır. (Platon)

Dərdin də öz lirikası, öz ahəngi var; dərddən ancaq onun ahəngini kompensasiya edən başqa ahənglərin təsiri ilə çıxmaq olar. (Tur Xander)

Dünyada sonsuz bir xoşbəxtlik yoxdur; nə məşhur bir soy, nə gözəllik, nə güc-qüvvət, nə zənginlik, heç bir şey bizi fəlakətdən qurtara bilməz. (Aleksandr Puşkin)

Əksər insanlar var-dövlət yığmaqla dərdlərinə son qoymamış, əksinə, onları daha da çoxaltmışdır. (Epikür)
Ən böyük bədbəxtlik hər şeydən narazı olmaqdır. (Lao-tszı)

Hər kəs öz səviyyəsində xoşbəxtdir. Kimin üçünsə çox adi olan bir hadisə başqasını xoşbəxt edə bilər. (Əbu Turxan)

Hər kəs özünü bədbəxt hesab etdiyi qədər bədbəxtdir. (Kiçik Seneka)

Hər şey, hər şey, hətta dərdlər də köhnəlir. (Flober)

İnsanın özünü xoşbəxt hesab etməsi ilə xoşbəxt olması düz, bilikli hesab etməsi ilə bilikli olması isə tərs mütənasibdir. (Əbu Turxan)

İnsanın təriflənəsi bir şeyi olmayanda öz bədbəxtliyi ilə öyünməyə başlayır. (A.Qraf)

İnsanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil; yaşadığı mühit də işıqlı olmalıdır. (Əbu Turxan)

İstək reallıqdan uzaq olanda xoşbəxtliyin qapıları bağlanır. (Əbu Turxan)

Kiminsə xoşbəxtliyinin arxasında kiminsə fədakarlığı durur. (Əbu Turxan)

Məsləhətlərimizlə yardım etdiyimiz insanların xoşbəxtliyi bizi o qədər də
maraqlandırmır. (Vovenarq)

Nadan xoşbəxtliyi uzaqlarda axtarır, müdrik isə onu öz yanında yetişdirir. (C.Oppenheym)

Öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaq olmaz. (El hikməti)

Qəlb bədbəxtliyi bəlkə də
gizlədə bilər, amma xoşbəxtliyi gizlədə bilmir. (İohann Volfqanq Göte)

Sevinc və kədər böyüyəndə bütün dünya kiçilir. (Cübran)

Xəyalda elə tərəf var ki, o, gerçəklikdən yaxşıdır; gerçəklikdə elə tərəf var ki, xəyaldan yaxşıdır. Tam xoşbəxtlik bunların ikisinin bir araya gətirilməsidir. (Lev Tolstoy)

Xoşbəxt adam özünü xoşbəxt hesab edən adamdır. (Fildinq)

Xoşbəxt adamın bədbəxtə ağıl verməsindən asan nə ola bilər. (Esxil)

Xoşbəxt o adamdır ki, xoşbəxtlik axtarmağa ehtiyacı yoxdur. (Əbu Turxan)

Xoşbəxt öz evində xoşbəxt olandır. (Lev Tolstoy)

Xoşbəxtlik peşmanlığa gətirməyən həzzdir. (Lev Tolstoy)

Xoşbəxtlikdən ikiəlli yapışsan, fürsət düşən kimi səni tərk edəcək. (Əbu Turxan)

Xoşbəxtliyə də azadlıq vermək lazımdır. (Əbu Turxan)

Xoşbəxtliyi dadmağın ən yaxşı yolu onu paylaşmaqdır. (Corc Bayron)

Xoşbəxtliyi daxilində tapmaq çətindir, kənarda isə o sadəcə olaraq yoxdur. (Nikola Şamfor)

Yalan ilə qurulan yuvanın səadəti də yalandır. (Füzuli)

Yalnız o adam həmişə xoşbəxt ola bilər ki, onun bəxtinin sükanı öz əlində olsun. (Əbu Turxan)

Yüngül iztirablar danışa bilər, amma dərin iztirablar dilsizdir. (Kiçik Seneka)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
18 4 13 14 15 23

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.