reklam
Bu məhsulların qiyməti KƏSKİN QALXDI Bu məhsulların qiyməti KƏSKİN QALXDI http://loading.az/uploads/posts/2017-03/1490646588_c842e819-fd52-4716-a1e8-edb82cb00164.jpg
ADMiN

ADMiN Əyləncə 28-03-2017, 00:28

Bu məhsulların qiyməti KƏSKİN QALXDI

Bu məhsulların qiyməti KƏSKİN QALXDI


Əksər meyvə və tərəvəzlərin qiymətinin qalxdığı müşahidə olunub. Meyvələr arasında armud və bananın daha çox bahalaşdığı diqqəti çəkirdi.

Loading.Az-ın məlumatına görə, armud 3 manatdan 5.00 - 5,50 manata, banan isə Bakıda 2.50 - 2.60 manatdan 3.00 - 3.50 manata, rayonlarda isə 3 manatdan 4 manata bahalaşıb.

Bazarlarda ticarət ilə məşğul olan şəxslər sayta bildiriblər ki, bayramdan əvvəl çəkisi 18,5 kq olan bananın yeşiyi 50 manatdan 64 manata qaldırıdı (təxminən 30%). Bununla əlaqədar olaraq bananın pərakəndə satış qiyməti də artırılıb.

Banan ən çox istehlak edilən meyvələrdən biridir. 

Azərbaycana banan əsasən Qvatemala və Kosta Rikadan idxal olunur.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, ötən il Azərbaycana Kosta Rika və Qvatemaladan 21,5 min ton - 2015-ci ildəkindən 10 faiz çox banan gətirilib.

DGK-nın hesabatında deyilir ki, 2016-cı ildə 1 kq banan 93 sentə (təxminən 1,50 manat), bir il əvvəlsə 83 sentə - ovaxtkı məzənnə ilə 90 qəpiyə rəsmiləşdirilib. Bu qiymətlərə orta hesabla 36 faiz gömrük vergi və ƏDV (cəmi 50 qəpik) də əlavə olunsa, idxalçıların əvvəlki kimi yüksək qazanc götürmədiyi bilinir. Ola bilsin ki, bu səbəbdən bananın bu ildən topdansatış qiyməti qaldırılıb.

Bunu da qeyd edək ki, manat dəyərsizləşsə də, pərakəndə ticarətdə bananın qiyməti son iki ildə, demək olar, dəyişməmişdi. Dövlət Statistika Komitəsi (DSK) monitorinqinin nəticələrinə görə, ötən il ərzində qiymətlər 2 manat 75 qəpiklə 2 manat 40 qəpik arasında dəyişib. Manatın məzənnəsi dollardan yüksək olduğu dövrdə də banan təxminən bu qiymətə satılırdı.

mənbə: marja

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
287 356 275 331 334 286

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.