XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Gözəllik 18-11-2021, 16:53

Saçqıranlar Yox !

Saçqıranlar Yox !
Saçqıran, əslində yoluxucu göbələk xəstəliyidir. Başqa şəxslərin darağını istifadə etmək və ya papağını taxmaqla yayıla bilər. Saçqıranı yaradan başqa səbəblər də var: saçların nəm halda daranması, uzun müddət soyuq və quru, isti havaya məruz qoymaq, rəngləmək , kimyəvi qələvilərlə rəng açmaq və digər. Saçqıranın müalicəsinə saçların kəsdirilməsi ilə başlanır. Saçlar həftədə iki dəfə yuyulmalıdır.

Bu məqalədə sizə, saçlarınızın uclarını sağlam vəziyyətə gətirmək üçün profilaktik maskalardan danışacağıq.

Saçlarınızı reklamlarda göstərilən kimi şampunla yumaq və xüsusi balzamla yaxalamaq hələ saçqıranla tam mübarizə deyil.

Saç uclarınıza ilk yardımı yağ maskaları ilə edə bilərsiniz. Bunun üçün zeytun, avakado və kokos yağlarını saçlarınıza çəkin və bacardığınız qədər uzun müddət saxlayın. Ovucunuza bir neçə damçı yağ süzün və saç uclarınızı ovuşdurun. Bu maska üçün uğurlu vaxt gecədir.

Xama-zeytun maskası
İki qaşıq xamanı bir qaşıq zeytun yağıyla qarışdırın və saça çəkin. Bir saatdan sonra şampunla yuyun. Maskanı hər həftə təkrarlaya bilərsiniz.

Kefir, yumurta sarısı və limon şirəsi maskası
Yarım stəkan kefirə yumurta sarısı və bir qaşıq limon şirəsini əlavə edin. Saçınıza çəkib, yarım saatdan sonra şampunla yuyun.

Şaftalı maskası
Şaftalını kasa halına salın, saçınıza çəkin, yarım saatdan sonra yuyun. Bu maska saçınızı həm də hamar və parlaq edəcək.

Bal suyu maskası
1-2 qaşıq balı yarım stəkan ilıq suyla qarışdırın. Saçın uclarını həmin suda bir neçə dəqiqə saxlayın. Saçınızı yumaya da bilərsiniz.

Yaxşı effekt verən üsullardan biri də saçınızı yuduqdan sonra quruyan saçların ot məhlulu ilə yaxalanması ola bilər. Məhlul çobanyastığı, nanə və ağcaqayın otlarından hazırlanır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
8 10 7 14 12 14

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.