n2006

n2006 Aforizm 17-11-2021, 17:00

"Yalan" haqqında aforizmlər

"Yalan" haqqında aforizmlər
Dünyada insanı ən çox utandıran şey yalanının üzə çıxmasıdır. (Frensis Bekon)

Elə adamlar var ki, özləri yalan danışmaqdan qaçsalar da, yalançıların xidmətindən məmnuniyyətlə istifadə edirlər. (Əbu Turxan)

Həqiqət dayağını itirəndə yalan ayaq tapıb yeriyər. (Əbu Turxan)

Hər bir yalan daha məntiqli, daha tutarlı ikinci bir yalanın arxasında gizlədilmişdir. (Cəfər Cabbarlı)

Onda ki, yalan taxta çıxır,
Saf almaz saxta çıxır. (Əbu Turxan)

Özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı seçə bilməyəcək. (Fyodor Dostoyevski)

Yalan meşə kimidir: nə qədər uzağa getsən, çıxmaq da bir o qədər çətin olacaqdır. (Anton Çexov)

Yalan, ola bilsin, bir problemi həll edə bilər, amma özü ilə daha yüz problem gətirər. (Uilyam Porter)

Yalançının cəzası insanların ona inanmaması deyil, onun heç kimə inanmamasıdır. (Corc Bernard Şou)

Yalanın üstü açılanda insan utanırsa, deməli, o hələ tam yalançı deyil. (Əbu Turxan)

Yer var ki, lal-dinməz olan yaxşıdı,
Yer var ki, doğru yox, yalan yaxşıdı,
Səxavət ölçüsü ismət olanda –
Hamıdan axırda qalan yaxşıdı. (Əbu Turxan)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
35 11 20 24 23 19

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.