n2006

n2006 Hekayələr 13-11-2021, 11:37

Duz və Su

Duz və Su
Hindli bir yaşlı usta, çırağının davamlı hər şeydən şikayət etməsindən bezmişdi. Bir gün çırağını duz almağa göndərdi. Həyatındakı hər şeydən bədbəxt olan çırak döndüyündə, yaşlı usta ona, bir ovuc duzu, bir stəkan suya atıb içməsini söylədi. Çıraq, yaşlı adamın söylədiyini etdi amma içər içməz ağızındakıları tüpürməyə başladı.

- "Dadı necə?" Deyə soruşan yaşlı adama hirslə:

- "Acı" deyə cavab verdi.

Usta çırağını qolundan tutdu və çölə çıxardı. Səssizcə az irəlidəki gölün sahilinə apardı və çırağına bu dəfə də bir ovuc duzu gölə atıb, göldən su içməsini söylədi. Deyiləni edən şagird, ağızının kənarlarından axan suyu qoluyla silərkən eyni sualı soruşdu:

- "Dadı necə?" "Təravətləndirici" deyə cavab verdi gənc çırak.

- "Duzun dadını aldın mı?" Deyə soruşdu yaşlı adam, "Xeyr" deyə cavablandırdı çırağı.

Bunun üzərinə yaşlı adam, suyun yanına diz çökmüş olan çırağının yanına oturdu və belə dedi:

- "Həyatdakı əzabların duz kimidir, nə azdır, nə də çox. İztirabın miqdarı həmişə eynidir. Ancaq bu iztirabın acılığı, nəyin içinə qoyulduğuna bağlıdır. İztirabın olduğunda etməyin lazım olan tək şey iztirab verən şeylə əlaqədar hisslərini genişləndirməkdir. Onun üçün sən də artıq stəkan olmağı burax, göl olmağa çalış.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
32 12 11 17 7 24

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.