n2006

n2006 Aforizm 12-11-2021, 15:01

"Həyat" haqqında aforizmlər

"Həyat" haqqında aforizmlər
Başqalarının halına yana bilən insan yaşamağa layiqdir. (Van Qoq)

Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır. (Ş.Bodler)

Biz fəryad ilə dünyaya gəlir, qorxu ilə yaşayır, ah-nalə ilə də onu tərk edirik. (Rövşən Abdullaoğlu)

Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. (Vovenarq)

Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. (Ziqmund Freyd)

Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş. (Çarli Çaplin)

Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər. (İ.Ten)

Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz. (Ezop)

Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır. (C.Fuller)

Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus)

Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. (Dante Aligyeri)

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur. (Cəlil Məmmədquluzadə)

Faydasız həyat - vaxtsız ölümə bərabərdir. (İohann Volfqanq Göte)

Görmək və hiss etmək - mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir. (Uilyam Şekspir)

Hər gün insan üçün yeni bir həyatdır. (R.Beyker)

Həyat — bu sonsuz mükəmməlləşdirmədir. Özünü mükəmməl hesab etmək isə-özünü öldürməkdir. (Georq Vilhelm Fridrix Hegel)

Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. (A.L.Stal)

Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. (Santayana)

Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən. (Fridrix Nitsşe)

Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule)

Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk)

Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. (Ç.Kolton)

Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson)

İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. (Jan de Labrüyer)

Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. (Oskar Uayld)

Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek)

Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi. (Şah İsmayıl Xətai)

Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir. (Benedikt Spinoza)

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır. (A.Barbüs)

Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir. (Menandr)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
21 16 16 23 15 19

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.