n2006

n2006 Şeirlər 10-11-2021, 14:45

Sevərəm səni

Sevərəm səni
Göydə yağış olub yağsan qəlbimə,
Parlaq günəş olub saçsan qəlbimə,
Sərin bulaq olun axsan qəlbimə,
Qəlbimin aynası bilərəm səni,
Əvvəlki tək istər, sevərəm səni.

Donub gəlsən, yenə sevsən nə olar?
Ulduzum, ayımsan desən nə olar?
Ürəyini bölüb versən nə olar?
Yalvarıb tanrıdan dilərəm səni,
Əvvəlki tək istər, sevərəm səni.

Ümüd verib mənə, dönəcəm desən ,
Gələndə gözündən öpəcəm desən,
Səni ömrüm boyu sevəcəm desən,
Həmişə yanımda bilərəm səni,
Əvvəlki tək istər, sevərəm səni.

İçimi yandırıb, baxsan gözümü,
Dərdindən ölürəm, desən üzümə.
Dözərəm verdiyin əzaba, zülmə,
Ömrümün mənası bilərəm səni,
Əvvəlki tək istər, sevərəm səni.

Aylı bir gecədə tutsan elimi,
Odlu atəş kimi yaxsan içimi,
Vuran ürəyimin duysan səsini,
Qəlbimin aynası bilərəm səni
Əvvəlki tək istər, sevərəm səni.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
15 15 12 20 24 28

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.