n2006

n2006 Hekayələr 10-11-2021, 14:39

Dənizin cavabsız sevgisi

Dənizin cavabsız sevgisi
Bir varmış , bir yoxmuş.
çox illər öncəsi məsum və gözəl, masmavi bir dəniz varmış.
O, çox böyük , qüvvətli və cazibədarmış.
Ondan bir az kənarda sapsarı , qumlu sahil varmış.
O, çox sakit, hisslərini heç cür bəlli etməzmiş.
Bir gün dəniz sahilə vurulur.
Hər gün ona öz sevgisini etiraf edir.
Dalğaları ilə hər gün ona nəğmələr qoşur,ona sığal çəkir.
Və bu sevgi etirafı bir neçə il davam edir.
Və nəhayət dəniz öz sevgisinin cavabsız qaldığından qəzəblənir.
Görür ki, sahilə insanlar yaxınlaşır və onlar bununla qalmırlar, hətta orada evlər belə
tikib sahilə ondan çox yaxınlaşırlar.Qəzəbli dalğalarıyla evləri öz suyu ilə toz edir.
Sonra onun sahilə olan sevgisi böyüdükcə böyüyür və qısqanclıq baş verir.
Hər sahildə gəzən insanları öz gözəllikləri ilə heyran edib , özünə doğru çəkir.
Və sonra dalğaları ilə öz içinə alıb, orada məhbus edir.
Dənizin qəzəbi, qısqanclığı günü gündən böyüyür və sonu gəlmir.
Hər yay dəniz, sahilə toxunan minlərlə adamı özünə rəqib bəlləyib öz dalğaları ilə
onu sahildən sonsuza qədər uzaqlaşdırır.Amma hələdə sahil bütün
bunlara susur,bir şey demir… Dəniz bir şeyi unudub axı, sahil kor və kardır.
O , ona olan sevgisini nə görə bilər,nə eşidə bilər…
Bunları dəniz öyrənənə qədər qısqanclıqdan çox canları sonsuza qədər özünə qərq edəcək…
Dəniz artıq o illər öncəsi kimi məsum deyil.
O, indi qəddar qəlbli, məsumluq maskası salmış , analar lənəti ilə boyanmış bir su
toplusudur.Sahil artıq görsədə, eşitsədə bu
sevgini istəməz.O qəddarlıq bürümüş bir sevgini qəbul etməz…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
13 15 17 25 26 16

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.