aynure

aynure özünü 😇 xoşbəxt hiss edir. Mətbəx 9-11-2021, 16:44

Payız Valsı salatı

Payız Valsı salatı
Bu dadlı salatın hazırlanması çox vaxt aparmır. “Payız Valsı” salatının reseptini təqdim edir.

Tərkibi:

3 ədəd pomidor
350 qr krab çubuqları
250 qr konservləşdirilmiş qarğıdalı
300 qr bərk pendir
3 xörək qaşığı mayonez
2 xörək qaşığı xama
90 qr suxari
2-3 diş sarımsaq
20 qr cəfəri
duz, istiot zövqə görə
Hazırlanma qaydası:

İlk öncə pomidorları yuyub orta ölçülü kub formasında doğrayın. Cəfərini doğrayıb pomidorların üzərinə əlavə edin. Bir qabda doğranmış pomidor, göyərti və sarımsaqəzəndən keçirilmiş sarımsaq əlavə edib qarışdırın. Bu qarışığı 10 dəqiqəlik kənara qoyun. Pendiri sürtgəcdən keçirin. Krab çubuqlarını da kub formasında doğrayın. Pomidor qarışığını süzgəcə töküb artıq suyunu süzün. Diametri 16-18 sm olan açılan formanı salatı hazırlayacağınız boşqaba yerləşdirin. İlk qata göyərti və pomidor qarışığını töküb yayın. Üzərinə duz səpin. Bir qabda xama və mayonezi qarışqırıb salata töküb yayın. Qarğıdalının da süzgəcdə suyunu süzün. Daha sonra salata 2-ci qat olaraq qarğıdalı dənələrini düzün. Üzərinə doğranmış krab çubuqlarını səpib mayonez yaxın. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpib mayonez yaxın. Salatı soyuducuya yerləşdirin. Süfrəyə verməzdən əvvəl açılan formanı çıxarıb üzərini suxari və göyərtiylə bəzəyin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
15 17 19 20 24 24

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.